İlin əsas ərzaq trendləri
Tarix: 05.01.2018 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Bu il ət və süd məhsullarının alternativlərinə daha çox investisiya yatırılması gözlənilir

Amerikanın ərzaq və içki sektoru üzrə xəbər saytı “FoodNavigator-USA” tərəfindən hazırlanan 2018-ci il ərzaq və içki trendlərinin siyahısını, cari ildə dünyada bu sektorlar üzrə əsas trendləri açıqlayıb. GMO (genetik cəhətdən modifikasiya olunmuş orqanizm) və GMO-lu qida etiketləri, qidalanma, internet ticarəti kimi bir çox müxtəlif mövzulara yer verilən 2018-ci ilin ərzaq və içki trendinin siyahısı, bu sektorun gələcəyinə daha geniş şəkildə baxmaq fürsəti yaradır.
Laboratoriya mühitində hüceyrədən inkişaf etdirilən ət və balığın, heyvansız əldə edilən süd zülallarının qida tədarük zəncirini tamamilə dəyişdirmək potensialı var. Ancaq bu mövzudakı ən böyük sual doğuran məsələ tanınmış şirkətlərin belə məhsulların daha təmiz və ətraf mühitin “dostu” olmasına istehlakçıları inandıra biləcəyidir. Dünyanın ən böyük ət istehsalçıları həm tərəvəz, həm də laboratoriya mühitində hüceyrədən hazırlanan ət müəssisələrinə investisiya qoyurlar. Bitki mənşəli qidalara və laboratoriya mühitində istehsal edilən ətlərə göstərilən marağın artmasının əsasında, sənaye ət istehsalına alternativ yaratmaq arzusu dayanır. Tənqidçilər sənaye üsulu ilə ət istehsalının ətraf mühitə zərər verdiyini qeyd edirlər. 2018-ci ildə bitki mənşəli ət və süd alternativlərinə daha çox investisiya yatırılması gözlənilir.
2018-ci ildə bu sahədə noxud, noxud zülalları və fıstıq südünə (yanvar ayında satışa çıxarılacaq) diqqət daha çox olacaq. Eyni zamanda Amerikada “ətsiz ət” istehsal edən (ətsiz hamburger, ətsiz sosiska kimi) “Impossible Foods” və “Beyond Meat” markaları ət bazarında əhəmiyyətli bir paya sahib ola bilər. 2017-ci ildə Amerikada bitki mənşəli “`süd”, “qatıq” və “pendir” etiketləmə qaydaları ilə bağlı müzakirələr artsa da, Amerika Ərzaq və Dərman Birliyinin (FDA) hələlik bu məsələyə razılığı yoxdur. Qeyd edək ki, 2016-cı ildə Amerikada GMO-lu ərzaqların etiketlənməsinə dair qanunun qəbul edilməsinin ardınca Amerika Kənd Təsərrüfatı Nazirliyinin etiketləmə ilə əlaqədar federal qanun hazırlaması gözlənilir. 2017-ci ilin iyun ayında Amerika Kənd Təsərrüfatı Nazirliyi “FoodNavigator” internet saytına federal GMO etiketləmə qanununun layihəsini 2018-ci ilin iyul ayına kimi dərc etmək üçün çalışdıqlarını açıqlamışdı.
GMO-lu yem ilə qidalanan inəklərdən əldə edilən süd məhsullarının “təbii” olaraq etiketlənilməsi ilə bağlı mübahisə məhkəmədə müzakirə predmeti olub. Hakim son söz olaraq bildirib ki, "GMO”-lu yem ilə qidalanan və ya hormonlara məruz qalan bir inəyin “təbii olmayan” məhsullar istehsal etdiyi ilə bağlı fikirləri dəstəkləyəcək əsas yoxdur. “Hartman Group” şirkəti “təmiz etiket” mövzusunun 2018-ci ildə daha da böyük mübahisə yaradacağını açıqlayıb. “Hartman Group” hesab edir ki, təmiz qida mövzusu GMO-lar, əkinçilikdə dərman qalıqları, antibiotiklər, yeni kənd təsərrüfatı üsulları və qida texnologiyalarını da əhatə edir.
2018-ci ildə yarımfabrikat qidaların sağlamlığa təsiri yenə də mübahisə predmeti olacaq.
Bu il yüksəlməyə davam edəcək olan trendlər arasında qatıq, kefir, turşu kimi mayalanmış ərzaq və içkilər yer alacaq. Şəkər isə, çox ehtimal ki, 2018-ci ildə bir nömrəli düşmən olacaq. Şirkətlər məhsul istehsalında şəkərin azaldılması və onun yerini doldurmaq yollarını axtarırlar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Ezamiyyət xərclərinin normaları artırılıb
21.06.2018
İkinci mərhələdə Cocuq Mərcanlı kəndinə 50-dən çox ailə köçürülüb
21.06.2018
Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüş
21.06.2018
DSX rəisi yaralanan əsgəri medalla təltif etdi
21.06.2018
İdeal qarderobu necə təşkil etməli?

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9437

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 “Jamanak“: “Paşinyan istefa verəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info