Saakaşviliyə qiyabi hökm oxunub
Tarix: 06.01.2018 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Poroşenko və İvanişvili bununla bağlı razılaşıblar”
Tbilisi şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti, Odessanın eks-qubernatoru Mixail Saakaviliyə hökm oxunub. Sandro Qirqvliani işi ilə bağlı M. Saakaşvilinin qiyabi 3 il azadlıqdan məhrum edilməsi qərara alınıb. İstintaqın məlumatına əsasən, Saakaşvili o zamankı Konstitusiya Təhlükəsizliyi Departamentinin rəhbəri Data Axalayaya bank işçilərindən birinin ölümündə təqsirli bilinənləri həbsdən çıxaracağını deyib, bir qədər sonra Əfv Komissiyasının qərarı olmadan vədinə əməl edib. Mixail Saakaşvili xidməti səlahiyyətlərindən sui-istifadə epizodu üzrə təqsirli bilinib. Bu arada, gürcü siyasətçi çıxarılan hökmə "Facebook" hesabından münasibət bildirərək, qərarı beynəlxalq hüquq normalarına zidd sənəd olaraq dəyərləndirib. Saakaşvili bildirib ki, qərar Gürcüstanın keçmiş baş naziri, “Qazprom” un ən böyük səhmdarı, milyarder Bidzina İvanişvilinin göstərişi ilə verilib: "Düşünürəm ki, Poroşenko və İvanişvili bununla bağlı razılaşıblar. Bu qərar tamamilə qanunsuzdur və bütün beynəlxalq, milli normalara, sağlam düşüncəyə ziddir".




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info