Qəbələdə beynəlxalq festival çərçivəsində möhtəşəm konsert
Tarix: 06.01.2018 | Saat: 01:16:00 | E-mail | Çapa göndər
Qəbələ şəhərində XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı çərçivəsində ilk konsert təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdən əvvəl səhnəyə Ukraynanın tanınmış yumor aktyorları çıxıb. Gülüş ustaları zarafat dolu maraqlı söhbətləri ilə yerli və xarici tamaşaçıları güldürərək əyləndiriblər. Sonra Ukraynanın Xalq Artisti Nataliya Moqilevskayanın möhtəşəm konserti olub. Konsertdə Ukraynanın CİTA turizm şirkəti vasitəsilə Qəbələyə gələn Ukrayna, Belarus və Avropa ölkələrindən olan 1000-ə yaxın turist, eləcə də yerli musiqisevərlər iştirak edib. Bir sıra beynəlxalq müsabiqələrin laureatı, Ukrayna televiziyalarında musiqili verilişlərin aparıcısı və münsiflər heyətinin üzvü olan Nataliya Moqilevskaya onu məşhurlaşdıran hit mahnılarından “Я танцевала”, “Лимоновый фонарь”, “Любила”, “Полюби меня такой” və digərlərini canlı ifa etməklə tamaşaçılara xoş anlar yaşadıb. İki saat davam edən konsert alqışlarla qarşılanıb.
Qeyd edək ki, Qəbələyə ailəvi gələn turistlər konsertdən öncə gün ərzində “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində idman yarışında, Heydər Əliyev Konqres Mərkəzində “Что? Где? Когда?” intellektual oyununda iştirak edib, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin 4 kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr ediblər, xatirə şəkili çəkdiriblər. Turistlər kanat xəttinin 2000 metrdən çox yüksəklikdə yerləşən “Yatmış gözəl” stansiyasının ərazisinə yağan qarın sevincini yaşayıblar. Onlar xizəklə sürüşərək əyləniblər, müxtəlif oyunlar təşkil ediblər.
“Gilan Hospitality Group” MMC-nin məsul işçisi Fərid Dibirov AZƏRTAC-a bildirib ki, yanvarın 11-dək davam edəcək festival çərçivəsində iştirakçılar idman və əyləncəli proqramlar, intellektual oyunlar, axşam isə konsertlər, məzəli-əyləncəli proqramlarda iştirak edəcəklər. Bundan əlavə, festival müddətində idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər nəzərdə tutulub.
Fərid Dibirov turistlərin Qəbələnin tarixi məkanları, görməli yerləri ilə tanış olmaq imkanı əldə edəcəklərini də qeyd edib. O, belə səfərlərin keçirilməsində əsas məqsədin Qəbələnin turizm imkanlarının xarici turistlərə təqdim edilməsi olduğunu bildirib. O, diqqətə çatdırıb ki, festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və “ Nocnie Snayperi” qrupu, Vladimir Zelenski, “Kvartal 95” yumor qrupu olacaq.




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib
16.01.2018
Pianoçular üçün müsabiqə
16.01.2018
Heydər Əliyev Sarayında maraqlı proqram olacaq
15.01.2018
Ölkəmiz beynəlxalq müsabiqədə təmsil olunacaq
15.01.2018
“Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info