Bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçiriləcək
Tarix: 06.01.2018 | Saat: 10:12:00 | E-mail | Çapa göndər
Yanvarın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşovanın anadan olmasının 65 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gecədə bəstəkarın yaradıcılıq yolundan söz açılacaq və AzTV-nin Niyazi adına Simfonik Orkestrinin iştirakı ilə onun əsərləri səslənəcək.
Qeyd edək ki, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil almış Elnarə Dadaşova bəstəkarlıq fəaliyyətinə peşəkar musiqiçi kimi başlayıb. O, fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələməklə yanaşı, polifonik, sənədli filmlərə silsilə musiqilər yazıb. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış “24 Prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil edir.
Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirən E. Dadaşova, həmçinin “Polifoniya”, “Solfecio” üzrə beş dərs vəsaitinin, xor topluları və tədris proqramlarının müəllifidir.




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
“Baku Fashion Club”un növbəti tədbiri keçiriləcək
18.01.2018
Füzuli döyüşlərini əks etdirən fotolardan ibarət sərgi açılıb
18.01.2018
Gənc musiqiçilər Vyanada konsert veriblər 
18.01.2018
Tanınmış violin ifaçısı Tahir Atakişiyevin xatirəsi anılıb
17.01.2018
Aleksey Beqovun fərdi sərgisi

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8206

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


19.01 15:17
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info