Səudiyyə Ərəbistanında 11 şahzadə həbs olunub
Tarix: 06.01.2018 | Saat: 17:54:00 | E-mail | Çapa göndər

Səudiyyə Ərəbistanında hökumətin zadəganlara qarşı tədbirlərinə etirazını bildirmək üçün kral saraylarından birinə gələn 11 şahzadə həbs edilib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, şahzadələr saraydan çıxmaq barədə tələbi rədd etdikdən sonra Milli Qvardiyanın əməkdaşları tərəfindən saxlanılıb. Həbs olunanların adları açıqlanmır.

Associated Press agentliyinin məlumatına əsasən, şahzadələr hökumətdən kral ailəsinin elektrik və su üçün hesablarının ödənilməsinin bərpasını tələb ediblər. Onlar, həmçinin qohumlarının birinə verilən ölüm hökmünə görə hökumətin kompensasiya ödəməsini istəyiblər.
Şahzadələrin Ər-Riyaddan cənubda yerləşən və qanunsuz silahlı qruplaşma üzvlərinin saxlandığı Əl-Hair həbsxanasına aparıldığı bildirilir.
Xatırladaq ki, noyabrın 5-də Səudiyyə Ərəbistanında korrupsiya əleyhinə kampaniya çərçivəsində hakim ailəyə mənsub 11 şahzadə, 4 nazir, həmçinin onlarla sabiq məmur və biznesmen saxlanılıb. Onların arasında dünyanın ən zəngin insanlarından biri – “Citigroup” və “Apple” kimi kompaniyaların səhm paketlərinə sahib olan şahzadə əl-Valid bin Talal da var. Yerli KİV-lərin verdiyi məlumata görə, korrupsiyada ittiham olunan yüksək vəzifəli məmurların əksəriyyəti iddiaların tənzimlənməsi üçün xəzinəyə 100 milyard dolara yaxın vəsait ödəməyə razılıq verib.




 
Bölməyə aid digər xəbərlər
27.04.2018
Mayk Pompeo ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edilib
26.04.2018
Brüsseldə Suriya üzrə beynəlxalq konfrans keçirilib
26.04.2018
ABŞ gəmiləri Xəzərdə peyda ola bilər: Pentaqon “Aktau”da baza yaradır
26.04.2018
“Yüksələn Avrasiyada Türkiyə-Rusiya əlaqələrinin gələcəyi” 
26.04.2018
Hindistanda AXC-nin 100 illiyinə həsr olunan tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9101

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib
4 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
5 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info