Ötən il Mingəçevir Tarix Muzeyini 36 min turist ziyarət edib
Tarix: 07.01.2018 | Saat: 21:53:00 | E-mail | Çapa göndər
Maddi-mədəniyyət nümunələrimizin, tarixi keçmişimizin təbliğində, bölgəyə səfər edən yerli və xarici turistlərə dolğun və hər tərəfli məlumatların çatdırılmasında Mingəçevir şəhər Tarix Muzeyi əməkdaşlarının əməyi böyükdür. Şəhərdə fəaliyyət göstərən mehmanxana, otel və istirahət mərkəzləri ilə bağlanan müqavilələrə əsasən həmi turizm obyektlərinin qonağı olan hər bir əcnəbi muzeydəki zəngin və qədim eksponatlarla əyani tanış olmaq şansı qazanır.
AZƏRTAC xəbər verir ki, 1968-ci ildə cəmi 50 eksponatla fəaliyyətə başlayan Mingəçevir şəhər Tarix Muzeyində hazırda 16 min ədəd eksponat sərgilənir. 1946-1953 cü illərdə arxeoloq-alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılan arxeoloji qazıntılar zamanı e.ə.III minillikdən XVII əsrədək ayrı-ayrı dövrləri əks etdirən 20 minə qədər maddi-mədəniyyət nümunələri aşkarlanıb. Eksponatların 50-si saxlanılmaqla digərləri tədqiqat üçün AMEA-nın Tarix İnstitutuna göndərilib. Elə həmin 50 ədəd eksponat əsasında da formalaşan muzeydə hazırda nümayiş etdirilən qədim flora və faunanı əks etdirən ekspozisiyalar, Mingəçevir SES-nin tikintisi ilə bağlı çəkilmiş fotoşəkillər və digər məişət əşyaları daha çox diqqəti cəlb edir. Muzeyin müasir Mingəçevir şöbəsində isə Azərbaycan demokratik respublikasının yaranmasından indiyə kimi ictimai-siyasi hadisələrdən bəhs edən ekspozisiyalar mövcuddur. Mədəniyyət ocağında quraşdırılan “aktiv ekran” isə tamaşaçıları virtual aləmə səyahətə dəvət edir.
Muzeyin əməkdaşı Nahid Musayev bildirib ki, “aktiv ekran” Mingəçevirə gələn qonaqların və turistlərin şəhər və muzey haqqında virtual səyahəti mənasına gəlir. “Hər bir izləyici gəlib muzeyimizdəki “aktiv ekran”da istədiyi hər hansı bir məlumatı əldə edə bilər. “Aktiv ekran”da şəhərimiz və muzeyimiz haqqında çox dərin və geniş məlumatlar var. Prezident İlham Əliyevin və ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti haqqında geniş məlumatlar var. Həmçinin, mədəniyyətimizin və turizmin inkişafı haqqında çox geniş məlumatlar verilir. Şəhərimizə gələn qonaqlar da “aktiv ekran”a böyük həvəs və maraqla yanaşırlar. Mingəçevirin orta məktəblərində təhsil alan şagirdlər muzeyə ekskursiya edərək şəhərin keçmişi ilə bağlı çoxlu məlumatlar əldə edirlər.
Muzeyin direktoru Nofər Məmmədəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən il muzeyin 36 min tamaşaçısı olub ki, onlardan 2 mini əcnəbi vətəndaşlardır. Xarici turistlər daha çox qədim xalçalarla, e.ə. III minillikdə Mingəçevirdə sivilizasiyanın olduğunu sübut edən su ötürücü borularla maraqlanırlar. Xarici turistlərin isə ən çox diqqətini cəlb edən alman əsiri Villi Deeşin xalqımızın humanistliyi ilə bağlı qələmə aldığı xatirələridir.




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Əmək hüquqlarına dair növbəti maarifləndirmə seminarı
17.01.2018
Qəbul imtahanlarının vaxtı açıqlandı
17.01.2018
ƏƏSMN və BDU arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
17.01.2018
Daxili Qoşunların müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri var
17.01.2018
Qəbiristanlıqda gizlədilmiş silah tapılıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8196

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


18.01 08:45
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info