3,9 min nəfəri peşə kurslarına, 105,3 min nəfər isə peşəyönümü tədbirlərə cəlb ediıib
Tarix: 08.01.2018 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə tədbirlərin davamı olaraq, 2017-ci ildə əvvəlki illə müqayisədə 209 nəfər və ya 5,6 faiz çox olmaqla, 3 911 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
Həmin şəxslərdən 3 561 nəfər (o cümlədən 82 nəfər əlilliyi olan şəxs) vətəndaş üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 350 nəfər gənc peşə təliminə qəbul edilib. Ümumilikdə ötən il peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərdən 432 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub.
Kurslarda əməliyyatçı mühasib, inşaat rəngsazı, elektrik-qaz qaynaqçısı, dülgər-xarrat, kompyuter istifadəçisi, qənnadçı, dərzi, arıçı, xalçaçı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər və s. peşələr öyrədilib. Peşələrin daha asan və optimal şəkildə öyrədilməsi üçün tədris prosesində modul təlim proqramlarından istifadəyə də geniş yer verilib.
Gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə peşəyönümü tədbirləri ötən il də davam etdirilib. 2017-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil edilən peşəyönümü tədbirlərində 105,3 min nəfər gəncə əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtiaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Yalnızlıq qorxusu
2 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info