“Qızıl qlobus”un sahibləri məlum olub
Tarix: 08.01.2018 | Saat: 11:48:00 | E-mail | Çapa göndər


ABŞ-ın Los-Anceles şəhərində Xarici Jurnalistlər Assosiasiyasının kino və televiziya sahəsində xidmətlərə görə təqdim etdiyi və əhəmiyyətinə görə yalnız “Oskar”dan geri qalan “Qızıl qlobus” mükafatının 75-ci təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, ümumilikdə mükafat 25 kateqoriya üzrə filmlər təqdim edilib. Mükafatı “Ən yaxşı dramatik film” üzrə “Ebbinq, Missura sərhədində 3 bilbord” filmi qazanıb. İngilis kinorejissor və ssenarist Matin Makdonax filmə yazdığı ssenari ilə “Qızıl qlobus” mükafatçısı olub. “Ən yaxşı komediya və ya müzikl” nominasiyasında qalib adına Qret Qerviqin “Xanım Berd” ekran əsəri layiq görülüb.
Britaniyalı aktyor Qari Oldman “Qaranlıq zamanlar” filmində aldığı rola görə “Ən yaxşı dramatik film aktyoru” mükafatının laureatı olub. Qadınlar arasında həmin nominasiya üzrə qalib adını “Ebbinq, Missura sərhədində üç bilbord” filmindəki roluna görə Frensis Makdormand alıb. Qilermo del Toro “Suyun şəkli” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında birinci olub. “Ən yaxşı dramatik serial” nominasiyası üzrə qalib isə “Xadimənin hekayəsi” olub. “Ən böyük balaca yalan” filmi “Ən yaxşı mini-serial” kimi “Qızıl qlobus” qazanıb.
Qeyd edək ki, “Qızıl qlobus” 1944-cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.06.2018
Süni intellekt divar içərisindən insanları müəyyənləşdirəcək
13.06.2018
Zərərli məzmunu bloklamaq mümkün olacaq
13.06.2018
İdman təzyiq və diabet kimi xəstəliklərin yaranmasının qarşısını alır
10.06.2018
Dünya çempionatına traktorla
08.06.2018
İlansancma zamanı ilk tibbi yardım

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9418

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info