Vətəndaşlar müxtəlif çeşidli əmlaka sahib ola bilərlər
Tarix: 08.01.2018 | Saat: 12:01:00 | E-mail | Çapa göndər
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 23-də keçiriləcək yeni hərraca 18 səhmdar cəmiyyət, 4 qeyri-yaşayış sahəsi, 4 kiçik dövlət müəssisəsi çıxarılıb.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən açıq və şəffaf hərraclar davam etdirilir. Hərraclarda iştirak prosedurları tamamilə elektronlaşdırılıb. Belə ki, istənilən vətəndaş və ya investor ƏMDK-nın rəsmi saytına (e-emdk.gov) və ya “Elektron hökumət” portalına (e-gov.az ) daxil olaraq müvafiq bölmələri seçərək hərraclarda iştirakçı statusu qazana bilər.
Hərraca çıxarılan əmlakların siyahısı ilə tanış olmaq üçün
 http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=328
keçidindən istifadə etmək kifayətdir.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Ağdaş, Goranboy, Xaçmaz rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 64 min 900 manata olan Xaçmaz rayonunda yerləşən “Nərəcan kənd Mədəniyyət evi”dir. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 959.3 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 6260 kvadratmetrdir.
Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 65 min manata Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış binası da var. Həmin əmlak torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Qeyri-yaşayış binasının ümumi faydalı sahəsi 235.7 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 276.5 kvadratmetrdir.
Budəfəki hərracda 18 səhmdar cəmiyyətin nəzarət səhm paketinin 30-45 faizi özəlləşdirilməyə çıxarılıb. Bu
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3283
linkə daxil olmaqla həmin tarixdə hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının həcmi, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq olar. Özəlləşdiriləcək səhmdar cəmiyyətlər sənaye, kəndkimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Kəndkimya”, “Beyləqan Buzxana”, “Salyan Kəndkimya”, “Tərtər Nəqliyyat”, “Lənkəran Mebel” kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədərdir.
Vətəndaş hərraca çıxarılan hər bir əmlakla komitənin rəsmi saytında “emdk.gov.az”, o cümlədən “privatization.az” saytında tanış ola bilər. Əvvəlcə hərrac tarixinə görə elan linkinə daxil olur, elanda səhmdar cəmiyyət, kiçik dövlət müəssisə və obyekti, eləcə də istifadəsiz yaşayış sahəsi və nəqliyyat vasitəsi üzrə ayrıca göstərilmiş linkə keçir. Burada istədiyi əmlakı seçərək baxır, əgər bəyəndiyi əmlakdırsa elə həmin səhifədəcə “sifariş ver” düyməsini seçir.
Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul ediləcək. Əmlaka elektron sifariş verərək vətəndaş əmlakın ilkin satış qiymətinin 10 faiz məbləğində behini də elektron qaydada ödəyir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Müəllimlərinin diaqnostik qiymətləndirilməsi davam etdiriləcək
16.01.2018
Nəsimi rayonunda şəhidlərin xatirə guşəsi açılıb
16.01.2018
“Bu gündən yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanıb”
16.01.2018
Ötən il Azərbaycana 2,7 milyon turist gəlib
16.01.2018
“2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 “2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info