Xaçmazda yeni modul tipli məktəb istifadəyə verilib
Tarix: 08.01.2018 | Saat: 13:38:00 | E-mail | Çapa göndər
Xaçmaz rayonunun Bayoba kəndində 100 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Əlvan Fətəliyevin adını daşıyan ümumi orta məktəbin yeni binasında 7 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub. Tikintisinə 2017-ci ilin oktyabr ayında başlanılan birmərtəbəli tədris ocağının ümumi sahəsi 350 kvadratmetrdir.
Bayoba kəndində məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Məktəbin direktoru Telman Tariverdiyev çıxışında Bayoba kəndində yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova müəllim və şagirdləri, valideynləri yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Bildirilib ki, Xaçmaz rayonunda son on ildə 49 məktəb binası tikilərək istifadəyə verilib. Rayonun Gəncəli və Aşağı Ləgər kəndlərinin şagirdləri isə bu tədris ilinin əvvəlindən başlayaraq yeni modul tipli məktəbdə təhsil alırlar. Yaxın günlərdə Çılğır kəndində də modul tipli məktəb binasının açılışı olacaq.
Tədbirdə məktəblilər Vətənə, müəllimə həsr olunmuş şeirlər söyləyiblər.
Açılış mərasimindən sonra məktəb zənginin sədaları altında şagirdlər yeni sinif otaqlarına daxil olublar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Qəbələdə işaxtaran 452 nəfər işlə təmin edilib
19.01.2018
Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
18.01.2018
Səbaildə ərazi nümayəndəliyi hesabat verib
18.01.2018
Naxçıvanda daxili işlər orqanlarında xidmət ən müasir tələblər səviyyəsində qurulub
17.01.2018
Zaqatalada yeni yeraltı piyada keçidi inşa edilib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8206

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info