Gicgah payının şişləri - diaqnoz və müalicə
Tarix: 08.01.2018 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Gicgah payının şişləri zamanı xəstələrdə kəllədaxili təzyiqin yüksəlməsi əlaməti erkən təzahür edir. Gicgah şişləri zamanı xəstələrdə intensiv və daimi baş ağrıları olur. Bu zaman görmə sinirində durğunluq baş verir. Gicgah payının şişləri zamanı xəstələrdə tez-tez qeyri-iradi hərəkətlər müşahidə edilir. Bunlara aiddir:
- dodaqları yalamaq
- ağızı marçıldatmaq
- çeynəmə
- udqunma
Milli.Az bildirir ki, xəstələrdə eşitmə, dadbilmə və qoxu hissiyyatı itir, epileptik qıcolmalar müşahidə edilir. Epilepsiya tutmaları tonik-klonik şəklində keçir. Bəzən xəstələrdə psixomator avtomatizm, dağınıq fikirlər, yaddaşın pozulması, qorxu və depressiya hissləri ilə müşayət olunan emosional paroksizmlər təzahür edir. Bəzi hallarda xəstələrdə özünəməxsus patoloji vəziyyət inkişaf edir. Belə ki, xəstə əhatəsində olanları qeyri-real, nə vaxtsa əvvəllər gördüyü, yaxud heç vaxt görmədiyi bir şey kimi qavrayır. Xəstələrdə epilepsiya tutmaları olmadan da eşitmə, dadbilmə, duyğu halusinasiyaları baş verə bilir.
Gicgah payının şişləri zamanı vestibulyar pozulmalar - baş hərlənməsi, ətrafdakı əşyaların fırlanması hissi olur. Bəzən patoz və bəbəyin genişlənməsi baş verir. Dərində yerləşən şişlərin beyin ayaqcıqlarına və daxili kapsulaya təsirindən ətraflarda parez baş verə bilir. Gicgah payının şişləri sol yarımkürədə baş verdikdə nitq pozulmaları müşahidə edilir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Göbələkdən necə xilas olmaq lazımdır
25.06.2018
“WhatsApp” messencerində stikerlər əlçatan olacaq
22.06.2018
Yemiş yeyəndə tumlarını atmayın
22.06.2018
İllik gəliri milyonları keçən tanınmış həkimlər
21.06.2018
İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info