“Azərbaycan” nəşriyyatında kağız qıtlığı yaşanmır”
Tarix: 08.01.2018 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov ölkədə qəzet kağızı qıtlığının yaranması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
A. Əsgərov APA-ya açıqlamasında bildirib ki, “Azərbaycan” nəşriyyatında kağız qıtlığı yaşanmır. Onun sözlərinə görə, rəhbəri olduğu nəşriyyatın əlavə kağız ehtiyatı mövcuddur.
 
Baş direktor Yeni Müsavat” qəzetinin bu gün kiçik ölçüdə çap olunmasına da aydınlıq gətirib. O qeyd edib ki, qəzetin bugünkü sayı “Azərbaycan” nəşriyyatında çap olunmayıb: “Yeni Müsavat” qəzeti şənbə və bazar günlərindən başqa, həftədə 5 gün bizim nəşriyyatda çap olunur. “Yeni Müsavat” qəzetinin bugünkü sayı bizim nəşriyyatda çap olunmayıb. Biz bazar günü fəaliyyət göstərmirik, bu məsələnin bizə aidiyyəti yoxdur. Onu da deyim ki, “Azərbaycan” nəşriyyatında çap olunan qəzetlərin ölçülərində problem yoxdur və olmayacaq”.
 
Qeyd edək ki, mediada ölkədə kağız qıtlığının yarandığı ilə bağlı məlumatlar yayılıb.
 
Eyni zamanda, “Yeni Müsavat” qəzeti bu gün daha kiçik ölçüdə çap olunub.
 
“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov APA-ya deyib ki, qəzetin bugünkü sayı “Azərbaycan” nəşriyyatında çap olunmayıb: “Bazar günü “Azərbaycan” nəşriyyatı fəaliyyət göstərmədiyinə görə qəzet başqa mətbəədə işıq üzü görüb. Özəl mətbəələrin əksəriyyətində isə qəzet kağızı yoxdur, qıtlıq müşahidə olunur. Bu səbəbdən ənənəvi 84 format kağız olmadığına görə, qəzeti 70 format kağızla çap etmək məcburiyyətində qaldıq. Amma həftənin 5 günü “Yeni Müsavat” qəzeti “Azərbaycan” nəşriyyatında tam normal formatda çap olunur. Bildiyim qədəri ilə Azərbaycana yeni qəzet kağızının gətirilməsi ilə bağlı tədbirlər görülür. Hesab edirəm ki, tədbirlər görüləndən sonra bu problem aradan qalxacaq”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info