Yeni regional siyasi blok: Pakistan Rusiya və Çinlə yaxınlaşır
Tarix: 08.01.2018 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Əfqanıstanın keçmiş daxili işlər naziri və Pakistandakı keçmiş səfiri: “Pakistan həmin maliyyə itkisini kompensasiya edəcək regional müttəfiqləri çoxdan tapıb. Maliyyə sanksiyası ilə Pakistanı təslim etmək mümkün olmayacaq, çünki İslamabadın artıq alternativləri var”

ABŞ-ın Pakistana qarşı mövqeyini sərtləşdirməsi regionda bəzi dəyişikliklər baş verdiyinin göstəricisidr. Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp bir neçə dəfə Pakistanı tənqid edən “tvit”lər paylaşıb. Ağ Evin qərarındın sonra bəlli olub ki, Vaşinqton antiterror əməliyyatları üçün Pakistana ayrılmış təxminən 900 milyon dollar məbləğində vəsaitin İslamabada verilməsini dondurub.
Pentaqon rəsmisi Patrik Evans bildirib ki, Pakistana iki xətt üzrə yardımlar dayandırılıb. Bunlardan biri Koalisiya Dəstək Fondu, digəri isə Dövlət Departamentinin maliyyə yardımlarıdır. Konqresin qərarı ilə Koalisiya Dəstək Fondu vasitəsilə Pakistana 900 milyon dollar ayrılıb. Amma bu məbləğin İslamabada verilməsi dayandırılıb. Dövlət Departamentinin xətti ilə Pakistana 255 milyon dollar verilməlidir. Xarici hərbi yardım kimi nəzərdə tutulan bu maliyyənin də verilməsi dayandırılıb. Pakistan tərəfi Birləşmiş Ştatların bu qərarına açıq etiraz bildirib.

İslamabad artıq ABŞ sanksiyalarına qarşı plan üzərində işləyir. Onlardan biri Əfqanıstana yüklərin daşındığı bir sıra yerüstü marşrutların bağlanmasıdır. Pakistan Hava Hücumundan Müdafiə Qüvvələrinin rəhbərlərindən biri BBC-yə bildirib ki, ölkənin hava məkanı da ABŞ aviasiyasının uçuşu üçün bağlana bilər

Pakistanın xarici işlər naziri Havac Asif yerli televiziyalardan birinə verdiyi müsahibədə qeyd edib ki, Vaşinqtonla İslamabad arasındakı münasibətlər ittifaq münasibətlərinə oxşamır: “Vaşinqtonun son qərarları müttəfiqlik münasibətlərindən uzaqdır”. Ekspertlər hesab edirlər ki, ABŞ-Pakistan münasibətlərinin soyuqlaşması Əfqanıstanda münaqişəni yenidən alovlandıracaq. ABŞ Dövlət Departamenti hesab edir ki, maliyyə yardımlarının dayandırılmasının səbəbi Pakistan kəşfiyyat orqanlarının “Taliban”a gizli dəstək verməsi ilə bağlıdır. “New York Times” nəşrinə açıqlama verən pakistanlı rəsmilərdən biri qeyd edib ki, İslamabad artıq ABŞ sanksiyalarına qarşı plan üzərində işləyir. Onlardan biri Əfqanıstana yüklərin daşındığı bir sıra yerüstü marşrutların bağlanmasıdır. Pakistan Hava Hücumundan Müdafiə Qüvvələrinin rəhbərlərindən biri BBC-yə bildirib ki, ölkənin hava məkanı da ABŞ aviasiyasının uçuşu üçün bağlana bilər. Burada söhbət pilotsuz uçuş aparatlarından gedir. Pakistan müxalifətinin lideri İmran Xan ABŞ-la diplomatik münasibətləri dayandırmağa çağırış edib. O təklif edib ki, “ABŞ-ın diplomatik, qeyri-diplomatik və kəşfiyyat artıqlarından” qurtulmaq lazımdır: “Ancaq bu halda beynəlxalq hüquq normalarına uyğun olaraq paritet diplomatik münasibətlər qurula bilər”. İmran Xan da yerüstü və hava məkanının ABŞ üçün bağlanmasını təklif edib. Ekspertlər hesab edirlər ki, ABŞ-ın Pakistana qarşı belə sərt mövqeyi regionda baş verən proseslərlə bağlıdır. Pakistan da baş verən dəyişikliklərə biganə qalmayaraq adekvat addımlar atır. Çin və Rusiyanın regionda güclənməsi İslamabadı siyasətində müəyyən korrektlər etməyə vadar edir. Əfqanıstanın keçmiş daxili işlər naziri və Pakistandakı keçmiş səfiri Məhəmməd Omar Daudzay hesab edir ki, Vaşinqtonun İslamabada göstərdiyi təzyiq gecikmiş addımdır: “Pakistan həmin maliyyə itkisini kompensasiya edəcək regional müttəfiqləri çoxdan tapıb. Maliyyə sanksiyası ilə Pakistanı təslim etmək mümkün olmayacaq, çünki İslamabadın artıq alternativləri var”. Onu da qeyd edək ki, ABŞ-ın Əfqanıstan və Asiya ilə bağlı yeni strategiyası açıqlanandan sonra ekspertlər Pakistanla bağlı bəzi məsələlərin dəyişəcəyini proqnozlaşdırırdılar. Politoloqlar hesab edirlər ki, yeni strategiya ilə amerikalılar istəməsələr belə, Pakistanı Rusiya və Çinlə yaxınlaşdırırlar. Görünür, Məhəmməd Omar Daudzay yeni regional blokla bağlı danışarkən bu məsələni nəzərdə tuturmuş. Bəzi ekspertlər hesab edirlər ki, regionda baş verən bu dəyişiklik, ilk növbədə Əfqanıstanda vəziyyəti dəyişdirəcək.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Yaponlar ABŞ bazası üçün aerodromun tikintisinə etiraz edirlər
25.06.2018
Koreya səfirliyi Xalq Cümhuriyyətinin 100 illiyinə aid diplomatiya seminarı keçirəcək
25.06.2018
“Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi”
25.06.2018
Türkiyə bütün dünyaya demokratiya dərsi verdi
24.06.2018
Türkiyə ictimaiyyəti Rəcəb Tayyib Ərdoğan və AKP-nin möhtəşəm qələbəsini böyük coşqu ilə qarşılayıb

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info