ABŞ İrana qarşı sanksiyaları bərpa edir
Tarix: 08.01.2018 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


“Yanvarın 13-də ABŞ Prezidenti İrana qarşı iqtisadi sanksiyaların bərpa edilməsi haqqında qərar verəcək. İran ABŞ-ın bu addımını cavabsız qoymayacaq”. Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Qasemi bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2015-ci ildə ABŞ da daxil olmaqla İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında razılaşma əldə edilib və hərtərəfli birgə fəaliyyət planı təsdiqlənib. Beynəlxalq hüquqa əsaslanaraq imzalanan müqaviləni heç bir tərəfin pozmaq ixtiyarı yoxdur. B.Qasemi qeyd edib ki, İranın cavabının sərtliyi yanvarın 13-də Vaşinqtonda qəbul ediləcək qərardan asılı olacaq. İran bütün variantlara hazırdır və sanksiyalar bərpa edilsə sərt cavab veriləcək. Hələlik isə İran hadisələri qabaqlamaq istəmir. Nazirliyin nümayəndəsi onu da nəzərə çatdırıb ki, bu həftə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin dəvəti ilə Brüsselə səfər edəcək. O, F.Moqerini ilə yanaşı, Britaniya və Fransanın xarici işlər nazirləri ilə də görüşəcək. Görüşdə hərtərəfli birgə fəaliyyət planı və ABŞ-ın mövqeyi müzakirə ediləcək.




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
“Ordumuz hər an düşmən təxribatının qarşısını almağa hazır olmalıdır”
16.06.2018
“TANAP Gürcüstanın tranzit potensialını artıracaq”
15.06.2018
İlham Əliyev və Nikol Paşinyan görüşü barədə danışmaq hələ tezdir
15.06.2018
“Gürcüstanın TANAP-ın açılışında yüksək səviyyədə iştirak etməməsi ölkədaxili siyasi vəziyyətlə bağlıdır“
14.06.2018
“Bu ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9418

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info