Ermənistanın xarici borcu faciəli həddə çatıb
Tarix: 09.01.2018 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


“Ermənistan ağır iqtisadi vəziyyətdədir və ölkəni fəlakətdən qurtarmaq üçün ən azı 50 faiz iqtisadi artım tələb olunur”
“Mən xarici borcun qaytarılması prosesinə necə başlanılacağını heç cür təsəvvür edə bilmirəm. 2018-ci ildə Ermənistanın qarşısında duran əsas problem çətin iqtisadi vəziyyətdir. Demək olar ki, hakimiyyət orqanları ötən 2017-ci ildə bu istiqamətdə heç bir iş görməyib”.
Bu fikirləri Ermənistanın “Azad demokratlar” partiyasının sədri Xaçatur Kokobelyan “Tert.am”-a verdiyi müsahibəsində deyib. “Ötən ilin rəsmi statistik məlumatlarına görə, guya ölkə iqtisadiyyatının müəyyən sahələrində artım olub. Bu “artım” məlumatları geniş tirajlanırdı. Yalançı inkişafla bağlı nə qədər rəqəmlər göstərilsə də, reallıq budur ki, bu rəqəmlər həqiqəti əks etdirmir. Fakt odur ki, Ermənistan ağır iqtisadi vəziyyətdədir və ölkəni fəlakətdən qurtarmaq üçün 3, 4, 5, 6 və ya 7 faiz deyil, ən azı 50 faiz iqtisadi artım tələb olunur” - deyə partiya sədri bildirib.

“Xarici borcun qaytarılması üçün vəsaitin haradan əldə ediləcəyi bəlli deyil”

Sayt əməkdaşının “2018-ci ilin aprel ayında hökumətin ləğvi və yeni baş nazir təyin edilməsi hansısa bir təhdidlərə yol aça bilərmi”- sualını cavablandırarkən Xaçatur Kokobelyan bildirib ki, ölkədə heç bir əhəmiyyətli dəyişiklik baş verməyəcək: “Ermənistanda əhəmiyyətli bir dəyişiklik gözlənilmir. Mən bundansa xarici borcun yaratdığı iqtisadi çətinliklərə daha böyük əhəmiyyət verirəm. Biz hamımız yaxşı bilirik ki, bu ildən etibarən Ermənistan xarici borcunu qaytarmağa başlamalıdır. Amma xarici borcun qaytarılmasına necə başlanacağı, vəsaitin haradan əldə ediləcəyi bəlli deyil”. "Alternativ" tədqiqat mərkəzinin rəhbəri Tatul Manasaryan isə “News.am” saytına açıqlamasında danışarkən bildirirb ki, dövlət borcunun istifadəsi və ödənilməsi üçün yalnız Ermənistan hökuməti məsuliyyət daşıyır. Onun sözlərinə görə, dövlət borcunun ödənilməsi il və aylara bölünür: “Borcun qaytarılması strukturunu hökumət müəyyən edir və qaytarır. Amma hökumət heç vaxt dövlət borcunun istifadəsi barədə məlumat verməyib. Biz alınan borcun hara xərcləndiyini bilmirik. Sadəcə, borcun məbləğinin faciəli həddə çatmasının şahidiyik”. Bir daha qeyd edək ki, 2017-ci ildə Ermənistanın dövlət borcu 6 milyard 813 milyon dollar təşkil etdiyi halda, 2018-ci ildə bu borcun 7 milyard 209 milyon dollar olacağı gözlənilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Məsələ benzinin qiyməti deyil, fransızlar Makrondan narazıdırlar”
11.12.2018
«ArmenianReport»: “Zatulin artıq erməni xalqının dostu deyil”
11.12.2018
Seçkilər Paşinyanın tərəfdarları arasında düşmənçilik yaradıb
11.12.2018
Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşib
11.12.2018
Məcburi cəcverməyə təhrik edilənlər...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info