Misirdə prezident seçkilərinin vaxtı açıqlanıb
Tarix: 08.01.2018 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Misirdə növbəti prezident seçkilərinin vaxtı açıqlanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Misir Milli Seçki İdarəsinin sədri Laşin İbrahim seçkilərin martda keçiriləcək birinci turunun nəticələrinin aprelin 2-də açıqlanacağını bildirib. O qeyd edib ki, seçkilərin birinci turunda xaricdə yaşayan vətəndaşlar üçün səsvermə martın 16-da, 17-də və 18-də təşkil olunacaq. Misirdə isə seçicilər martın 26-da, 27-də və 28-də səs verə biləcəklər. Birinci turda namizədlərdən biri səslərin 50 faizindən çoxunu toplaya bilməsə, ən çox səs alan iki namizəd ikinci turda mübarizəni davam etdirəcək. İkinci turda isə səsvermə xaricdə yaşayan misirlilər üçün aprelin 19-21-də, ölkədə isə aprelin 24-26-da keçiriləcək.
Misir Milli Seçki İdarəsi daha əvvəlki açıqlamasında seçici siyahılarının yenilənəcəyini, adları terrorçu siyahılarına düşən və barələrində məhkəmə qərarları olanların siyahılardan çıxarılacağını bəyan etmişdi.
Seçkilərdə hazırkı Prezident Əbdülfəttah əs-Sisinin və müxalifət fəalı Xalid Əlinin namizəd olacağı ehtimal edilir.




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Yunanıstan müxalifəti Tsipras hökumətinı istefaya göndərə bilməyib
15.06.2018
Rusiya ABŞ Donanmasını “batırmaqla“ təhdid edir
14.06.2018
Türkiyə-Rusiya-ABŞ üçbucağı: S-400-ə qarşı F-35
14.06.2018
Ərdoğan: “TANAP-ın açılışı Türkiyəni regionda daha güclü dövlətə çevirəcək”
14.06.2018
Tomris Azəri: “Hər bir azərbaycanlı dövləti ilə fəxr edir”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9418

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info