İdman Tennis Kompleksində 2018-ci ildə silsilə yarışlar keçiriləcək
Tarix: 09.01.2018 | Saat: 11:47:00 | E-mail | Çapa göndər


“İdman Tennis Kompleksində bu il üçün geniş tədbirlər planı hazırlanıb. Əsasən müxtəlif peşə sahibləri arasında tennis yarışlarının keçirilməsi nəzərdə tutulub”. Bu fikirləri Gənclər və İdman Nazirliyinin
İdman Tennis Kompleksinin direktor müavini Ramiz Mustafayev deyib.
Direktor müavini bildirib ki, kompleks istənilən tennis yarışının keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib: “İdmanla məşğul olan insanlar fiziki cəhətdən sağlam olduqları kimi ruhən də sağlam olur, zərərli vərdişlərdən uzaq olurlar. Müstəqillik və dövlətçiliyin möhkəmləndirilməsi, etibarlı gələcəyin təminatı əhalinin aktivliyinin artırılmasından asılıdır ki, bunun da əsasını sağlam həyat tərzi təşkil edir. Dövlət tərəfindən qərarların qəbul edilməsi və tədbirlərin keçirilməsi bizim ölkədə bədən tərbiyəsi və idmanın kütləvi inkişafına şərait yaradır. Bura tez-tez əcnəbi qonaqlar, həmçinin səfirlik işçiləri də tennis oynamağa gəlirlər. Biz də bu il Azərbaycandakı müxtəlif ölkələrin səfirlik və diplomatik nümayəndəliklərinin işçiləri arasında tennis turniri keçirməyi nəzərdə tutmuşuq. Bununla yanaşı, jurnalistlər, həmçinin gənclər təşkilatlar, tələbələr arasında da yarışlar keçirməyi planlayırıq. Ayrıca xanım QHT rəhbərləri arasında da yarış keçirməyi düşünürük. Fəaliyyətimizi daha da aktivləşdirmək üçün bu yaxınlarda İdman Tennis Kompleksi ilə Milli QHT Forumu arasında əməkdaşlığın qurulması da nəzərdə tutulur”.
Ramiz Mustafayev İdman Tennis Kompleksində aparılan təmir işlərindən də danışıb: “Ötən ilin iyul ayında İdman Tennis Kompleksinin əsaslı təmirdən sonra açılışı oldu. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak etdilər. Qeyd edim ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Əbdürrəhimov küçəsi 12 ünvanda fəaliyyət göstərən İdman Tennis Kompleksi 1986-cı ildə inşa edilib. İdman Tennis Kompleksinin bina və qurğularında əsaslı təmir, yenidənqurma, cari təmir işlərinə başlanılıb və əlavə zəruri tikinti-quraşdırma işləri aparılıb. Kompleksin əsas binası, tribunası gözətçi-keçid binası əsaslı təmir olunub, 6 ədəd tennis kortlarının xüsusi tennisit örtüyü dəyişdirilib, ətrafının metal-tor hasarı təmir edilib, işıqlandırma sistemi yenidən qurulub və müvafiq ləvazimatlarla təmin olunub. Bundan əlavə, kompleksin fəaliyyətinin tam təmin edilməsi üçün ərazidə əlavə olaraq əsas binaya bitişik fitnes zalının tikintisi, masaj otağının tikintisi, qazanxananın tikintisi, nasosxananın tikintisi, 60 m3–lik su anbarının tikintisi, 120 m3-lik çirkab su anbarının tikintisi işləri yerinə yetirilib. Yeni sahəvari qaz xətti çəkilib, elektrik xətti bərpa olunub, çirkab su və drenaj şəbəkəsi təmir olunub”.
O, Kompleksin standartlara tam cavab verdiyini diqqətə çatdırıb: “Əsaslı təmir və yenidənqurma işlərindən sonra əsas binada fitness zalı, inzibati otaqlar, kafe, gözləmə zalı-holl, məşqçi otağı, soyunub-geyinmə və duş qəbulu otaqları, sanitar qovşaqlar, sauna, təsərrüfat otağı, camaşırxana fəaliyyət göstərir. Ərazidə 6 ədəd tennis yer örtüklü açıq tennis kortları fəaliyyət göstərir. Asfalt və tamet örtüyü vurulub, abadlıq-yaşıllaşdırma işləri həyata keçirilib. Bina və meydançalar müasir avadanlıq, mebel və ləvazimatlarla təchiz olunub”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Heyəti məşqçi yox, Messi müəyyənləşdirəcək
25.06.2018
“Rusiya 2018”: Kolumbiya-Polşa 3-0
24.06.2018
Yaponiya və Seneqal qarşılaşmasında heç-heçə nəticə əldə edilib
24.06.2018
Bu turnirdə rəqabət çox güclüdür
24.06.2018
“Rusiya 2018“: Almaniya İsveç millisini məğlub edib

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info