Əsnək beyin fəaliyyətini yaxşılaşdırır
Tarix: 09.01.2018 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Əsnək canlılara xas olan xüsusiyyətdir, əsnəmə ana bətnindəki 11-ci həftədən başlayır. Orta hesabla bir əsnək 6 saniyə çəkir. Xalq arasında onu yuxugəlmənin xəbərvericisi hesab edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən həkim, Avropa Tibb Akademiyasının üzvü Elnur Rəhimov deyib: "Əsnək fizioloji və patoloji olur. Yuxu gələrkən bədənin sıxılması zamanı, monoton danışmaqdan, musiqi dinləməkdən, havasız yerdə oturmaqdan, kiminsə əsnədiyini görəndə baş verən əsnək fizioloji hesab olunur.
Epilepsiya, ensefalit, serebrovaskulyar çatışmazlıqda, serebral ateroskleroz, beynin arxa çuxurundakı şişlər zamanı baş verən əsnək patoloji əsnəklərə aid edilir.
Əsnək daha çox oksigen almaq və bədəndə olan karbon qazını boşaltmaq istəyindən baş verir. Qanın tərkibində karbon qazı artanda beyinə və ağ ciyər əzələlərinə müəyyən siqnallar göndərilir və bunun nəticəsində dərin əsnək əmələ gəlir.
Əsnək də gülmək kimi keçicidir. Qarşıdakı insan əsnəyəndə o biri də bundan təsirlənməyə başlayır. Finlandiyada beyin üzərində aparılan araşdırmalar təsdiq edib ki, əsnəmənin yoluxuculuğu əksər hallarda qeyri-iradidir. Beyin bunu bilərəkdən, başqasını yamsılamaq və təqlid etmək üçün etmir. Beyin adətən yamsılamanı, təqlidi "güzgü-neyron" sistemi ilə həyata keçirir. Həmin "güzgü-neyronlar" bilərəkdən kiminsə hərəkətini təqlid edəndə işə düşür, lakin həmin neyronlar əsnəmənin yamsılanmasında heç bir rol oynamır.
Əsnək beyində hipotalamus vasitəsilə idarə olunur və həmin mərkəz ümumilikdə lamisə orqanlarını idarə edir, həmçinin duyğularla da əlaqədardır. Ürək sıxılanda, yəni hansısa problem olanda və yaxud durğun vəziyyət zamanı hipotalamus mərkəzinə siqnallar gedir və əsnəmə başlayır. Əsnək heyvanlarda və quşlarda da mövcuddur. Alimlərin fikrincə, insan beyni kompüter kimi işləyir: məsələn, o qızanda pis işləməyə başlayır və bu zaman əsnək yaranması böyük miqdarda qanın və daha sərin havanın gəlişini təmin edir, bunun nəticəsində beynin fəaliyyəti yaxşılaşır”.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan
16.10.2019
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info