Naxçıvan-Məşhəd qatarının hərəkəti bərpa ediləcək
Tarix: 09.01.2018 | Saat: 12:28:00 | E-mail | Çapa göndər
Yanvarın 11-də 16/15 nömrəli Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qatar yanvarın 11-dən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri Bakı vaxtı ilə saat 7:00-da yola düşəcək. Məşhəd stansiyasına yanvarın 12-dən etibarən həftənin V günləri İran vaxtı ilə saat 14:25-də çatıb və həmin gün saat 22:00-da geriyə yola düşəcək. Naxçıvana qatar yanvarın 14-dən etibarən həftənin VII (bazar) günləri saat 6:00-da çatacaq.
Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 2016-cı il dekabrın 29-da hərəkətə başlayıb. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılıb.
Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
20 Yanvar faciəsi xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu əks etdirən qəhrəmanlıq salnaməsidir
16.01.2018
Mərkəzi Elmi Kitabxananın fonduna AXC-nin yüz illiyinə həsr edilmiş nəşr daxil olub
16.01.2018
Naftalan Şəhər Xəstəxanası əhaliyə ən müasir tibbi xidmətlər göstərəcək
16.01.2018
Fənn olimpiadasının qalibləri mükafatlandırılıb
16.01.2018
40 kilometrlik yol təmir edilir

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info