Naxçıvanda poçt markası və zərf tədavülə buraxılıb
Tarix: 09.01.2018 | Saat: 12:42:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sifarişi ilə “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış 100 min marka və 100 min zərf muxtar respublikaya gətirilib və yanvarın 8-dən tədavülə buraxılıb.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkədaxili poçt markasının üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipinin təsviri olan poçt zərfinin ölçüləri 220 x 112 millimetrdir.
Bundan əlavə, içərisində 12 ədəd marka və 1 ədəd birinci gün zərfi olan və üzərində Haçadağın “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipinin və “Gülüstan” türbəsinin əks olunduğu 100 ədəd hədiyyə bukleti hazırlanıb.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilən altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin həmin il noyabrın 25-də keçirilən ilk iclasında hazırlıqla bağlı görüləcək işlərin istiqaməti müəyyənləşdirilib, Tədbirlər Planının layihəsi müzakirə olunub.
Tədbirlər Planında poçt markası və zərfin buraxılması da nəzərdə tutulmuşdu.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
Ağcabədidə məhsul istehsalının həcmi 1,5 dəfə artıb
16.07.2018
Cəbrayıl haqqında film ingilis dilində
15.07.2018
Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
15.07.2018
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
15.07.2018
DTX Yunis Səfərovla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş şəxsləri saxlayıb

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9628

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info