Finlandiyada dünyada ilk sosial şəbəkə lifti yaradılıb
Tarix: 09.01.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Vantaadakı Myuyurmyaki ticarət mərkəzində (TM) quraşdırılmış liftin xüsusi ekranında bu ticarət mərkəzinə gələnlərin qeyd olunduğu sosial şəbəkələrdən mətnlər və fotoşəkillər nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, ekranda nümayiş etdirilən materiallar arasında Myuyurmyaki ticarət mərkəzinə gələnlərin İnstaqram fotoları və Feysbuk statusları var.
Layihə müəlliflərinin fikrincə, bu yenilik ticarət mərkəzinin müştəriləri arasında əlaqə yaratmalı, onların alış-verişini rahatlaşdırmalıdır. Satıcılar sosial şəbəkə liftinin köməyi ilə öz mallarını reklam etmək üçün yeni imkanları sınaqdan keçirirlər.
Vantaada quraşdırılmış lift dünyada bənzəri olmayan bir yenilikdir.
Myuyurmyaki ticarət mərkəzinin sahibi olan Citycon şirkəti gələcəkdə Finlandiyanın və Skandinaviyanın müxtəlif guşələrində daha bir neçə belə lift quraşdırmağı planlaşdırır.
Dünyada yeganə olan sosial liftdən çəkilmiş fotolar ilə tanış olmaq üçün bu həştəqə müraciət edə bilərsiniz: “#myyrmannin_somehissi”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Sürücüsüz avtomobillər nəqliyyatın hərəkəti üçün problemə çevrilə bilər
16.10.2018
Avtomobillərlə 27 yazdılar
16.10.2018
Gün ərzində nə qədər çörək yemək olar?
16.10.2018
Əsnəmək nədir?
16.10.2018
İngiltərənin tarixi adası satışa çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10271

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info