İdeal Nərimanova həsr edilən kitab nəşr olunub
Tarix: 09.01.2018 | Saat: 13:09:00 | E-mail | Çapa göndər
Tanınmış arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü İdeal Nərimanovun 90 illiyinə həsr edilən kitab nəşr olunub.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, “Qafqazın və Ön Asiyanın arxeologiyasının problemləri. Neolit-son tunc” kitabında rus və ingilis dillərində azərbaycanlı və əcnəbi arxeoloqların elmi məqalələri toplanıb. Neolit dövrü Şomutəpə arxeoloji mədəniyyətini və son xalkolit (son eneolit) dövrü Leylatəpə mədəniyyətini kəşf etmiş görkəmli azərbaycanlı alim İ.Nərimanov Qafqazın və Ön Asiyanın məhz göstərilən dövr abidələrinin tədqiqatları ilə məşğul olub. Bu böyük alimin Azərbaycanda arxeoloji abidələrin aşkara çıxarılması, geniş qazıntıların aparılması, ümumiyyətlə, respublikamızda arxeologiya elminin inkişafında müstəsna xidmətləri olub. Kitabda Qafqazın və Ön Asiyanın arxeoloji abidələri barədə tədqiqat məqalələri ilə yanaşı, İ.Nərimanovun həyat və elmi fəaliyyətinə həsr olunan yazılar da yer alıb.
Kitabın ideya müəllifi və redaktoru Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblidir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
Azərbaycanlı pianoçu ilk dəfə Amstredam Filarmoniyasında çıxış edib
24.04.2018
Məhərrəm Hüseynovun yaradıcılığında təcnislərə daha çox rast gəlirik
24.04.2018
İranda Azərbaycan dilində film çəkilişinə icazə veriləcək
24.04.2018
Qədim yaşayış məskənində tapılmış kömürün yaşı təyin edilib
23.04.2018
Gəncədə salınacaq bulvar müasir tikililəri ilə şəhərin simasını dəyişəcək

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9092

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 İlham Əliyevin andiçmə mərasimi olub
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 “Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib”
5 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info