Bitkilərə faydalı darçın…
Tarix: 09.01.2018 | Saat: 13:52:00 | E-mail | Çapa göndər
Adətən yeməklərdə və şirniyatlarda istifadə olunan darçınin bir çox faydalarının olduğu da artıq hər kəsə məlumdur. Lakin bu ədviyyatın solan bitkiləri canlandırdığını bilirdinizmi?
AZƏRTAC Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, tərkibində çoxlu miqdarda antioksidant olan darçın eyni zamanda güclü iltihabəleyhinə təsirə də malikdir. Bu xüsusiyyət bitiklərə də öz müsbət təsirini göstərir. Darçının köməkliyi ilə çiçəklərin solması, quruması kimi bir çox problemi aradan qaldırmaq mümkündür. Bu, evdə olduğu kimi baxçalarda yetiştirilən bitkilərə də aiddir.
Darçının bitkilərin qorunmasında istifadəsi üçün beş səbəb…
Bitkilərinizə qarışqa və ya həşəratlar daraşdıqda onları darçınla yox etmək mümkündür. Bu zaman bitkinin ətrafına səth şəklində darçın səpmək kifayətdir. Belə olduqda artıq heç bir həşərat bitkinizə yaxınlaşa bilməyəcək.
Bitkidəki göbələyin torpaqdan əmələ gəldiyi görüldükdə onun torpağına darçın səpilir. Göbələyin başqa səbəblərdən yarandığı müşahidə olunduqda isə darçın bitkinin yarpaqlarına tökülür.
Bitkinin yarpaqları və budaqlarında çürümə olduqda da zərər görmüş nöqtəyə darçın səpməklə bu problemi aradan qaldırmaq olar.
Yeni bir bitki əkdikdə onun qısa zaman ərzində böyüməsini istəyirsinizsə bunun üçün kimyəvi maddələrə ehtiyac yoxdur. Əkəcəyiniz bitkinin köklərini darçına batıraraq bir az saxlayın və sonra onu torpağa əkin. Bu zaman bitkinizin qısa zaman ərzində böyüyüb, çoxaldığının şahidi olacaqsınız.
Darçın zəifləmiş bitkinin əvvəlki halına geri dönməsinə də kömək edir. Bunun üçün əzilmiş iki aspirini bir xörək qaşığı darçın və yarım litr su ilə qarışdırıb 12 saat saxlamaq lazımdır. Saxlanma müddəti tamamlandıqdan sonra hazır məhlulu sprey vasitəsilə bitkinin üzərinə səpərək onların qısa müddət ərzində canlandığını görəcəksiniz.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
“WhatsApp”dan istifadəyə görə yaş məhdudiyyəti tətbiq edilir
25.04.2018
Yumurtanın orqanizmə müsbət təsiri var
25.04.2018
Damarlar üçün ən faydalı 5 məhsul təyin olunub
24.04.2018
17 metr hündürlüyündə qar divarlar arasında marşrut açılıb
24.04.2018
Messinin illik gəliri 126 milyondur

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info