Müəllimlər üçün seminar keçirilib
Tarix: 09.01.2018 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Yanvarın 9-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Şərq dillərinin tədrisində poeziyanın pedaqoji potensialı” mövzusunda elmi-metodiki seminar baş tutub.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov dilin tədrisində klassik və müasir Çin poeziyasının mühüm rolundan danışaraq, çinşünas tələbələrin oxuma, dinləmə, danışma kimi əsas kommunikativ biliklərinin inkişafı üçün poetik əsərlərdən istifadə olunmasının metodiki xüsusiyyətləri üzərində dayanıb. O, həmçinin tədris prosesində poetik əsərlərin bədii tərcüməsinin əsas aspektlərini bölüşərək, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Ən yaxşı ata” şeirini də oxuyub.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jihua,  Hindi dili və mədəniyyəti Mərkəzinin müdiri Saidə Mirzəyeva, yapon dili müəllimi Xanım Xəlilova, ərəb dili müəllimi Ülviyyə Hüseynova tədqiq olunan dillərin həmin xalqların mədəniyyəti və ənənələrinin milli xüsusiyyətlərini nümayiş etdirmək baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbirdə Şərq dillərinin tədrisində motivasiya faktorlarından biri sayılan poeziyanın tələbələrin mədəni dialoqlarda iştirak edərkən dil qabiliyyətlərini formalaşdırdığı, nitq fəaliyyətinin əsas tərəflərini, nitqin fonetik, qrammatik və leksik tələffüzünü asanlaşdırdığı qeyd olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Cari ilin birinci yarımilində 37,6 min işsiz və işaxtaran şəxs işlə təmin edilib
17.07.2018
Bakı şəhərinin baş planı hazırlanır
17.07.2018
Əlil arabaları əlilliyi olan şəxslərə yaşadıqları rayonlarda təqdim olunub
17.07.2018
“Duz” gölündə ekoloji təmizlik təmin edilir
17.07.2018
Məcburi köçkünlərlə növbəti görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9645

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info