“Azərbaycan Hava Yolları” işə qəbul elan edir
Tarix: 09.01.2018 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


“Azərbaycan Hava Yolları” QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatına görə, sənəd qəbulu yanvarın 10-dan fevralın 10-dək saat 10:00-dan 12:00-a kimi aparılacaq.
Namizədlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 santimetrdən az və 180 santimetrdən çox olmayan, Azərbaycan, rus və ingilis dillərində sərbəst danışan, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmələri arzuolunandır.
Müsabiqədə iştirak üçün şəxsiyyət vəsiqəsi, bir fotoşəkil (3х4), xarici pasport, diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa), sənədlərin əsli və surətləri tələb olunur.
Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır və əlavə məlumat üçün də İdarəyə müraciət etmək mümkündür. Məlumat üçün 497-26-00 (daxili 24-04; 32-81; 20-74) telefonları ilə əlaqə saxlamaq mümkündür.




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Zaqatala taxılçıları hər hektardan 27 sentner məhsul götürürlər
16.06.2018
Hər ay “ABAD”ın dəstəyi ilə ailə büdcəmizə 500 manat daxil olur
16.06.2018
Sahil Babayev sağlamlıq imkanları məhdud gənclərlə görüşüb
15.06.2018
Aprel döyüşlərində əlil olmuş hərbçiyə minik avtomobili hədiyyə edilib
15.06.2018
Azərbaycan məscidlərində bayram namazı qılınıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info