103 334 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub
Tarix: 09.01.2018 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən gördüyü tədbirlər nəticəsində 2017-ci ildə işəgötürənlər tərəfindən 103 334 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin vəsaitin 91,6%-ni əmək haqları, 5,5%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib.
 
Vətəndaş müraciətlərinin araşdırılması zamanı qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildiyi müəyyən olunan 12 nəfər vətəndaşın hüquqları bərpa olunaraq, onlar yenidən əvvəlki iş yerlərinə bərpa etdiriliblər. Bu tədbirlər çərçivəsində həmçinin xidmətin əməkdaşları tərəfindən aidiyyəti işəgötürənlərə əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları, habelə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülməli olan tədbirlər barədə qanunvericiliyin müvafiq maddələri izah olunub. 
 
Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq İş planına uyğun olaraq ayrı-ayrı orta məktəblərin yuxarı sinif şagirdləri arasında əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri ötən il də davam etdirilib. Həmçinin əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə işəgötürənlər arasında məlumatlandırma işləri aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
DSX rəisi yaralanan əsgəri medalla təltif etdi
21.06.2018
İdeal qarderobu necə təşkil etməli?
21.06.2018
Bakı Beynəlxalq Avtovağzal Kompleksində yenidənqurma işləri aparılır
20.06.2018
Ağdaşda yeni körpələr evi-uşaq bağçası tikilir
20.06.2018
Yay gəlir...

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
5 Putin Paşinyanı alçaldıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info