Ötən il obyektlərdə 210 oğurluğun qarşısını alınıb
Tarix: 09.01.2018 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin əməkdaşları 2017-ci ildə cinayətkarlıqla mübarizə sahəsində uğurla fəaliyyət göstərərək tapılan 19 silahı və 222 ədəd döyüş sursatını rayon polis şöbələrinə təhvil veriblər.
 
Bu barədə yanvarın 9-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Baş Mühafizə İdarəsinin bir neçə regional mühafizə şöbəsinin ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirəsində bildirilib.
 
Tədbirdə Baş Mühafizə İdarəsinin təşkilati-inspektor şöbəsinin rəisi, polis polkovnik-leytenantı Asəf Dəmirov bildirib ki, təmsil etdiyi idarə müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi və təhlükəsizlik işini təşkil edən, mühafizə xidmətlərinə görə müqavilə üzrə alınan vəsaitlər hesabına saxlanılan müstəqil strukturdur. O, İdarənin tabeliyində bir alayın, 14 idarənin, 19 şöbənin, 17 bölmənin olduğunu qeyd edib. Asəf Dəmirov 2017-ci ildə idarənin 9 mindən çox əməkdaşı tərəfindən hüquqi və fiziki şəxslərə məxsus 17 min 146 obyektin polis mühafizəsinə qəbul olunduğunu, xidmət zamanı heç bir xoşagəlməz halın qeydə alınmadığını bildirib. Qorunan obyektlərin təqribən 75 faizi sahibkarlıq subyektləri təşkil edir.
 
İl ərzində ölkədə 1325 yeni obyekt polis mühafizəsinə cəlb olunub ki, bunun da 600-ü mənzillərdir. Mərkəzi Mühafizə Məntəqəsi vasitəsi ilə ötən il 12 214 obyekt, o cümlədən 6130 mənzil mühafizə olunub. Mühafizənin etibarlığı 100 faiz təmin edilib.
Mühafizə polisi tərəfindən obyektlərdə baş verən 210 oğurluq hadisəsinin qarşısı alınıb və 108 nəfər, digər 130 cinayət hadisəsinə görə isə 158 nəfər saxlanılıb.
 
Asəf Dəmirov diqqətə çatdırıb ki, Göyçay, Ağdaş, Şamaxı, İsmayıllı, Qobustan, Ucar və Qəbələ rayonlarını əhatə edən regional şöbələri ötən bir il ərzində uğurla fəaliyyət göstərib, müqavilələr əsasında mülkiyyətçilərin əmlakının və təhlükəsizliyinin mühafizəsi işinin təşkili, mühafizə xidmətinin təkmilləşdirilməsi və mühafizə hissələrinin öz xərclərini ödəməsi üçün tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi, obyektlərin siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarətin həyata keçirilməsi, onların istismar olunması, təmiri və texniki xidmətinin təmin edilməsi, hüquqi və fiziki şəxslərin əmlakının hüquqazidd əməllərdən qorunmasının təşkil edilməsi, bu məqsədlə mühafizəyə götürülən əmlakın siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə tədbirlərin həyata keçirilməsi istiqamətində işini səmərəli şəkildə qurub.
 
Göyçay Regional Mühafizə Şöbəsinin rəisi, polis mayoru Əhliman Eminov bildirib ki, ötən il əməkdaşlar tərəfindən qorunan obyektlərdə baş verə biləcək oğurluq və yanğın hadisələrinin qarşısı alınıb, axtarışda olan, eləcə də evində narkotik vasitə gizlədən şəxslər, ictimai qaydanı pozan 28 nəfər saxlanılaraq rayon polis şöbəsinə təhvil verilib.
 
O, ötən il şöbənin uğurlu fəaliyyəti nəticəsində 11 yeni obyektin mühafizəyə cəlb olunaraq onların sayının 133-ə çatdırıldığını bildirib. Obyektlərin mühafizəsinə 92 polis əməkdaşı və mühafizəçi cəlb olunub. Bu il daha 4 yeni obyektin polis əməkdaşları tərəfindən mühafizə olunması üçün müqavilələr bağlanılıb.
 
Müşavirədə Qəbələ, Şamaxı, Ağdaş mühafizə idarələrinin rəisləri görülən işlər və qarşıda duran məsələlər barədə məruzə ediblər. Tədbirdə əldə edilən uğurlar qeyd edilib, mövcud nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
19.12.2018
“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” şüarı altında növbəti qış yürüşü
19.12.2018
Yeni qaydalar neqativ halların qarşısını alacaq
19.12.2018
Korrupsiya ilə əlaqədar 100-dən çox gömrük əməkdaşı işdən azad edilib
19.12.2018
Azərbaycanda hansı sosial şəbəkə daha çox populyardı?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info