Tərəkəmələrin köç yeməyi
Tarix: 09.01.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər
Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Beyləqan rayonunun da özünəməxsus xörəkləri var. Onlardan biri də tərəkəmələrin köç vaxtı, eləcə də həm yaylaq, həm də qışlaqda bişirdikləri candan çəkmədir.
Beyləqan rayonunun Yeni Mil qəsəbə sakini Xanım Kamranova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, inək və ya qoyunlar səhər-axşam sağılar, candan çəkmə bişirilərdi. Əsasən səhər və axşam xörəyi olan candan çəkmə hazırda da tərəkəmələrin ən çox sevdikləri yeməklərdəndir.
Xanım Kamranova bu yeməyin bişirilmə qaydasından danışarkən deyib: “Candan çəkmənin hazırlanmasında süd, yumru düyü, aş lobyası və kişmişdən istifadə edilir. Əvvəlcə süd bişirilir. Bişmiş bir litr südün içərisinə 1,5 stəkan yumru düyü tökülür. Düyü bişəndə yarım stəkan kişmiş, yarım stəkan ayrıca qaynadılmış lobya və zövqə uyğun duz əlavə edilir, vam odda 5 dəqiqə bişirilir. Yeməyin candan çəkmə adlandırılması isə onun içərisindəki ərzaqların südü canına çəkməsi ilə əlaqədardır. Candan çəkmə süfrəyə verilərkən üzərinə inək yağı qoyulur”.
Qeyd edək ki, köçəri həyat tərzi sürən tərəkəmələr əsasən qoyunçuluqla məşğul olublar. Tərəkəmələr ömürlərinin böyük hissəsini təbiət qoynunda - sürü qırağında, at belində keçiriblər. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxındır ki, yayı da, qışı da Aranda keçirən Beyləqan tərəkəmələri yenidən yaylaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.01.2018
Keçən il Naxçıvanda 5 min 715 uşaq doğulub
19.01.2018
Baş prokuror vətəndaşları qəbul edib
19.01.2018
Dövlət Neft Fondunda vakansiya
19.01.2018
“Bank Respublika” işçi axtarır
19.01.2018
Müdir və təchizatçı vəzifələrinə işçi axtarılır

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8220

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info