Muğam Mərkəzinidə yeni möhtəşəm layihə
Tarix: 09.01.2018 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, layihənin icrası zamanı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən aşıq sənətinin xalqımızın musiqi palitrasında tutduğu yerdən söhbət açılacaq, aşıq musiqiləri səslənəcək. Layihə çərçivəsində keçiriləcək tədbirlərdə aşıq sənəti ilə bağlı müxtəlif mövzulara toxunulacaq, Azərbaycanın görkəmli aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş gecələr təşkil ediləcək.
“Aşıq musiqisi axşamları” layihəsi 2018-ci ilin yanvar ayından may ayına qədər davam edəcək. “Koroğlu”ya qayıdaq” adlı ilk tədbir yanvarın 12-də baş tutacaq.
Layihə çərçivəsində “Ələsgərin saz-söz dünyası”, “Zərif əllər, incə tellər”, “ Aşıq Şəmşir şeiri”, “Yada salaq Aşıq Ədaləti” və “Yeni səslər, qədim havalar” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə reallaşacaq.
Tədbirlərə biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.
Qeyd edək ki, bu layihədən əvvəl, yəni ötən il Beynəlxalq Muğam Mərkəzi “Muğam axşamları” adlı möhtəşəm layihəni muğamsevərlərə təqdim edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Daşkənddəki teatr yeni mövsümü “Arşın mal alan” musiqili komediyası ilə açıb
20.09.2018
Bakıda dünya şöhrətli “New Life Brass” kvintetinin konserti olub
19.09.2018
Bədii əsərdə yer alan qəhrəmanlar tarix səhnəsində tez-tez xatırlanır
19.09.2018
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
19.09.2018
Sumqayıt teatrı 50-ci yubiley mövsümündə Hüseyn Cavidi anacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info