Sürücülər üçün işə qəbul müsabiqəsi
Tarix: 09.01.2018 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC “D” və “DE” kateqoriyalı sürücüləri üçün işə qəbul üçün müsabiqəsini elan edir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verilib.
Onun sözlərinə görə, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçiriləcək. Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər müvafiq daşıyıcı şirkətlər tərəfindən işlə təmin olunacaq. Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən);
2. Ümumi tibbi arayış;
3. “D” və’ “DE” kateqoriyalı sürücülük vəsiqəsi;
4. Şəxsiyyət vəsiqəsi.
Qeyd edək ki, hazırda paytaxtın marşrut şəbəkəsində çalışan sürücülərin peşəkarlıq səviyyəsi, davranışı və iş rejimi ilə bağlı vəziyyət qənaətbəxş səviyyədə deyil. Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC-nin yaradılmasında da əsas məqsəd, bu sahədə mövcud problemlərin həllinə nail olmaqdır. Çünki sərnişinlərin rahatlığı və təhlükəsizliyi məhz bu qeyd edilən amillərlə birbaşa bağlıdır.
Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-cu kilometr 1 ünvanında yerləşən “Sürücü Təlim Mərkəzi” MMC-yə
Əlaqə nömrəsi: (+994) 50 254 11 38
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Strateji Yol Xəritəsinin ötən il üzrə nəzərdə tutulan hissəsinin 86 faizi icra edilib
17.07.2018
Neft Fondunun aktivləri 6,22 faiz artaraq 38 milyard dolları keçib
17.07.2018
“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 21 faiz artıb“
17.07.2018
Mərdəkan-Qala avtomobil yolu bərpa olunur
17.07.2018
“Gürcüstan Azərbaycanın vergilər sahəsində təcrübəsinə maraq göstərir”

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9645

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info