Beynəlxalq yarışlar könüllülərin işlə təmin olunması üçün böyük imkandır
Tarix: 09.01.2018 | Saat: 20:08:00 | E-mail | Çapa göndər
Elçin Səfərov: “IV İslam Həmrəyliyi Oyunlarından sonra biz iyirmidən çox könüllünü işlə təmin etdik”

“Yaxın gələcəkdə könüllülərin iştirakı ilə yeni və maraqlı layihələrimiz olacaq. Könüllü gənclərdən ibarət müxtəlif futbol, rəqs və digər qrupları və komandaları yaratmağı planlaşdırırıq. Hazırda bunların üzərində işləyirik. Bu aydan etibarən layihələrimiz üçün könüllərin seçiminə başlayacağıq”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Gənclər və İdman Nazirliyinin nəzdindəki Tədbir Əməliyyat Komitəsinin baş direktoru Elçin Səfərov gələcəkdə könüllülərin iştirakı ilə həyata keçiriləcək yeni layihələr və ölkəmizdə təşkil ediləcək irimiqyaslı tədbirlərə hazırlıqlar barədə danışarkən söyləyib. Baş direktor deyib: “Eyni zamanda, könüllülər bizə qoşularaq, təlimlərdə, sosial aksiyalarda, məlumat turlarında, intellektual yarışlarda və sair müxtəlif layihələrdə iştirak edə bilərlər. Qarşımızda duran əsas məqsəd ölkəmizdə beynəlxalq yarışların keçirilmədiyi müddətdə belə könüllülərin hamısını bir yer toplaya bilməkdir. Hansısa bir tədbir keçirmək istəyiriksə, bunu birlikdə təşkil etməkdir. İstəyirik ki, həm sosial media, həm də könüllərin saytı vasitəsilə əlaqələrimiz daimi olsun. Biz könüllülərlə daim görüşürük. Bizdə onların hər biri haqqında məlumat var. Dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə könüllülərin iştirakı ilə Bakı İdman Sarayında tədbir keçirdik. Eləcə də gələcəkdə əlamətdar günlərdə, milli bayramlarda könüllülərlə birgə tədbirlər keçiriləcək və orada onların ideyaları əsas götürüləcək”. Elçin Səfərov bildirib ki, Gənclər və İdman Nazirliyinin nəzdində yeni yaradılmış çox funksiyalı Tədbir Əməliyyat Komitəsi əvvəllər fəaliyyət göstərmiş “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi və ya “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin bir formasıdır: “Bu komitə yalnız konkret yarış üçün deyil, istənilən növ tədbirlərin təşkili üçün yaradılıb. Bu, konsert proqramı, bayram tədbiri və yaxud da digər tədbir ola bilər. Ölkəmizdə keçirilən istənilən tədbirlərin təşkilinə yardım etməklə yanaşı, vahid komanda şəklində fəaliyyət göstəririk. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarından qalmış avadanlığın aidiyyəti üzrə paylanması, qorunması və növbəti tədbirlər üçün yararlı vəziyyətdə saxlanmasını təmin edirik”. Könüllü gənclərin işlə təmin olunması məsələlərinə toxunan baş direktor deyib: “Son illərdə ölkəmiz üçün çox əhəmiyyətli tədbirlərin keçirilməsi və burada könüllü ordusunun yaxından iştirakı qürurvericidir. Ölkəmiz iki böyük idman tədbirinə - birinci Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Mən hər iki mötəbər yarışın Əməliyyat komitələrinin korporativ direktoru, könüllülərin səfiri olmuşam. O vaxt seçim zamanı demək olar ki, işçilərin əksəriyyəti ilə fərdi müsahibələr aparmışam. “Bakı-2015”də və İslamiadada, ümumilikdə, dörd minə yaxın gənclə şəxsən tanışlıqdan sonra onlar Oyunlar zamanı işlə təmin olunublar. Məqsədimiz hər namizədin xarakterini öyrənmək, Oyunların əhəmiyyəti barədə fikirlərini dinləmək, komanda iş prinsipini onlara aşılamaq idi. Müxtəlif adət və ənənələri olan beynəlmiləl komanda yaratmaq və belə böyük miqyaslı və məsuliyyətli yarış keçirmək o zaman asan məsələ deyildi”. Elçin Səfərov qeyd edib ki, ümumiyyətlə, beynəlxalq yarışlardan sonra könüllülərin işlə təmin olunmasında imkanlar böyük olur: “Çünki praktiki olaraq, IV İslam Həmrəyliyi Oyunlarından sonra biz iyirmidən çox könüllünü işlə təmin etdik. Həmin könüllülər öz menecerləri tərəfindən seçilmişdi. İdman obyektlərində vakant yer və könüllülər arasında tələb olunan işi yerinə yetirə biləcək biri olduğunda biz həmin gənclərə üstünlük veririk. Belə ki, könüllülər beynəlxalq irimiqyaslı yarışlar zamanı fəaliyyət göstərdikləri idman obyektlərinə çox yaxşı bələddirlər. Onlar idman məkanlarının yerlərini, giriş-çıxışlarını tanıyır və orada hansı qaydaların olduğunu yaxşı bilirlər. Yəni, beynəlxalq yarışlar zamanı cəlb olunan könüllülərin sonradan işlə təmini üçün şansları çoxdur. Gələcəkdə könüllülərin arzusu ilə tədbirlər hazırlamaq fikrindəyik. İdmanın təbliğatı, könüllülərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı da maraqlı fikirlərimiz var”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
16.01.2018
“Britaniyanın Avropa İttifaqında qalmaq şansı hələ var”
16.01.2018
“ASAN xidmət” Monteneqro mətbuatında
16.01.2018
“Braziliya Dünya Kubokunu qazana bilər”
15.01.2018
Azərbaycanın turizm imkanları Ukraynanın yüksək reytinqli televiziya kanalında 

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8188

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info