“Ermənistanın Rusiyada terrorizm ideologiyasını necə müdafiə etməsi ilə bağlı xeyli sayda sənədlər var”
Tarix: 09.01.2018 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


“Dünyada mövcud olan müxtəlif terror qruplaşmaları ilə müqayisədə erməni terrorizmi özündə daha çox təhdid və hədələri birləşdirir”

Ermənistan dövləti hər zaman terrorizmi dəstəkləyib. Erməni terror təşkilatları da öz ideyalarını işğalçı Ermənistandan alıblar. İki əsrdən çox onların Azərbaycan və Türkiyədə müxtəlif vaxtlarda törətdikləri terror faktları və soyqırımları buna əyani sübutdur. Hazırda erməni terrorizmini ifşa etmək üçün Azərbaycan dövləti tərəfindən müxtəlif ölkələrdən Dağlıq Qarabağ münaqişəsinə maraq göstərən jurnalistlərin, elmi tədqiqatçıların ölkəmizə səfərləri təşkil olunur. Burada onların müxtəlif səviyyələrdə görüşləri keçirilir. Onlara münaqişə ilə bağlı lazım olan materiallar təqdim olunur, döyüş bölgələrinə aparılır, qaçqın və məcburi köçkünlərin yaşadığı yerlərə səfərlər olunur. Məhz buna görə də artıq bu məsələ bir sıra ölkələrin tarixçiləri tərəfindən araşdırılır. Bu istiqamətdə son zamanlar tanınmış tarixçi, qafqazşünas alim Oleq Kuznetsov tədqiqat aparır. Oleq Kuznetsov AZƏRTAC-a müsahibəsində deyib ki, Ermənistanın Rusiyada terrorizm ideologiyasını necə müdafiə etməsi ilə bağlı xeyli sayda sənədlər var: “Bu faktlarla sənədli film çəkmək olar. Filmin ssenarisi artıq hazırdır, hətta müəyyən kadrlar da çəkilib. Düşünürəm ki, yanvarın sonu - fevralın əvvəllərində filmi yekunlaşdıra biləcəyəm”.
Tarixçi qeyd edib ki, dünyada mövcud olan müxtəlif terror qruplaşmaları ilə müqayisədə erməni terrorizmi özündə daha çox təhdid və hədələri birləşdirir: “Biz Azərbaycana qarşı törədilənlərin nümunəsində bunun çox şahidi olmuşuq. Bu mövzunu dərindən öyrənəndə məlum olur ki, hazırda erməni ekstremizmi, hətta Rusiya dövlətçiliyini də təhdid altına alır. Tarixə nəzər salsaq görərik ki, vaxtilə erməni terrorçuları Rusiyanın özündə bir sıra terror hadisələri törədiblər. Buna çoxsaylı misallar gətirmək olar. Erməni terrorizmi, erməni ekstremizmi haqqında faktları araşdıranda məlum oldu ki, bu ideologiya indi də davam etdirilir”.
Oleq Kuznetsov erməni terrorizminin tarixi haqqında yazdığı kitabının 2015-ci ildə Bakıda, 2016-cı ildə isə Moskvada nəşr olunduğunu bildirib. Eyni zamanda 2015-ci ildə Stokholmda, 2016-cı ildə isə ingilis dilində Berlində böyük tirajla nəşr edilib.
Qafqazşünas alim deyib: “Mənim kitablarımı dünyanın müxtəlif ölkələrində oxuyurlar. Erməni terrorizmi ilə bağlı kitabım çap olunandan sonra müxtəlif ölkələrdən elektron poçtuma bununla bağlı xeyli materiallar gəlməyə başladı. Məsələn, Türkiyənin Ankara, İstanbul hava limanlarında, Fransanın Orli hava limanında, həmçinin təxminən son 7 ildə baş vermiş teraktlarla bağlı kifayət qədər məlumatlar aldım. Eyni zamanda Belarusdan çoxsaylı materiallar göndərildi. Hamısı da kifayət qədər əhatəli materiallar və faktlardır. Onları yenidən işləmək, dəqiqləşdirmək xeyli vaxt aparacaq. Bu ilin ortalarından bu işlə məşğul olmağa başlayacam.”
Erməni siyasi analitik Aleksandr İskəndəryan isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşüb. Aleksandr İskəndəryan bu il qoşunların təmas xəttində geniş ölçülü hərbi əməliyyatların baş verəcəyini düşünmür, lakin o eskalasiyanın mümkünlüyünü də istisna etmir. Ekspert əlavə edib ki, eyni zamanda müharibənin baş verəcəyini proqnozlaşdırmaq çətindir.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə sualı cavablandıran İskəndəryan böyük dəyişiklik gözləmədiyini deyib.

“İnflyasiya Ermənistanda arzuolunmaz proseslərə səbəb olacaq”
Ermənistan deputatı Vardan Bostancyan isə yanvar ayından Ermənistanda qeydə alınan bahalaşmanın ölkədə vəziyyəti daha da ağırlaşdıracağını deyib: “Belə ki, əhalinin əksəriyyətinin gəlirləri aşağıdır və bu gəlirlər inflyasiya səbəbindən daha da azalacaq”. O qeyd edib ki, əhalinin gəlirlərinin az olduğunu nəzərə alaraq, hətta cüzi bahalaşma mənfi effekt verə bilər: "2018-ci ildə əməkhaqqı, pensiya və müavinətlər artırılmayacaq. Bu isə o deməkdir ki, bir çoxlarının gəlirləri inflyasiyaya davam gətirməyə kifayət etməyəcək".
V.Bostancyan hesab edir ki, inflyasiya Ermənistanda arzuolunmaz proseslərə səbəb olacaq: "O cümlədən yoxsulluğun səviyyəsi artacaq, mühacirət çoxalacaq, korrupsiya halları dərinləşəcək".

Fransada erməni mənşəli müğənninin miqrantlarla bağlı fikirlər cəmiyyət tərəfindən mənfi qarşılanıb
Ermənilərin yaşadıqları ölkələrdə cəmiyyət tərəfindən müsbət qarşılanmayan fikirləri onları daha da gözdən salır. Belə ki, Fransada yaşayan erməni mənşəli müğənni Şarl Aznavurun France 2 televiziya kanalında miqrantlarla bağlı söylədiyi fikirlər cəmiyyət tərəfindən mənfi qarşılanıb. Verilişdə iştirak edən pianoçu Katya Bunyatişvili Şarl Aznavurun da miqrant olduğunu xatırladaraq, bu gün Fransanın miqrantların qəbulu məsələsində yaxşı vəziyyətdə olmadığını söyləyib və erməni müğənninin bununla bağlı fikirlərini soruşub. Aznavur isə bu suala gülünc doğuran cavab verib. O deyib ki, miqrantlar arasında seçim aparılmalı və ancaq yararlı insanlar qəbul edilməlidir. Bu insanlar arasında dahilər də ola bilər. Məsələn, Fransa tarixində ən böyük alimlərdən biri olan Mari Küri Polşada anadan olub. Hamını qəbul etmək olmaz. Bu, asan iş deyil, yəni bu insanlar seçilməlidir. Miqrantlar arasında maraqlı insanlar da ola bilər. Erməni mənşəli müğənninin bu yanaşması Fransa cəmiyyətində birmənalı qarşılanmayıb və hətta söylədiyi bu fikirlərə görə onun haqqında lətifə də yayılıb. Fransanın bəzi KİV-ləri həmin lətifəni və onunla bağlı digər istehzalı yazılar yayıb.

Ermənipərəst deputat cəzalandırılıb
Yeri gəlmişkən, Fransa Milli Assambleyasının deputatı, “erməni soyqırımı”nın inkar edilməsinin cinayət hesab olunması ilə bağlı qanun layihəsinin müəllifi Valeri Buaye cəzalandırılıb. Buna səbəb ermənipərəst Valeri Buayenin parlamentdəki köməkçisini səbəbsiz işdən qovması və ona qarşı mənəvi zorakılıq göstərməsidir. Qeyd edək ki, ona cəza Eks-an-Provans şəhərinin Apelyasiya məhkəməsi tərəfindən verilib.
Məhkəmənin qərarı ilə deputat real və ciddi səbəb olmadan işdən azad etdiyi köməkçisi Mari-Lorans Makaluzoya 37 min avro ödəyəcək.
Bu arada ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, ermənipərəst mövqeyi ilə tanınan konqresmen Ed Roys bu il seçkilərdə namizəd olmayacağını açıqlayıb. “Azadinform”un məlumatına görə, Roys noyabrda Konqresə keçiriləcək seçkilərə qatılmayacağını vurğulayıb.
Qeyd edək ki, 1992-ci ildən Konqresdə təmsil olunan Roys uydurma erməni soyqırımının ABŞ-da tanınması, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xalqların öz müqəddəratını təyin etmə prinsipini dəstəkləyib. Həmçinin ABŞ-ın Ermənistana investisiya yatırması ilə bağlı məsələlərə dəstək verib.
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Hikmət Hacıyev: “Ermənistan işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır”
14.06.2018
“Ermənistanın BMT yanında nümayəndəliyi saxtakarlıq yolunu seçib”
13.06.2018
Həmsədrlər Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə vəd veriblər?
12.06.2018
“Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“
11.06.2018
“Dağlıq Qarabağ münaqişəsi Ermənistana və ermənilərə heç nə qazandırmayıb”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9431

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info