Şimali və Cənubi Koreya nümayəndələri arasında görüş
Tarix: 09.01.2018 | Saat: 20:39:00 | E-mail | Çapa göndər
KXDR Cənubi Koreyada təşkil olunacaq Qış Olimpiya Oyunlarına geniş heyət göndərəcək
Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində iki ölkə arasında 2015-ci ildən sonra ilk dəfə danışıqlar təşkil edilib. Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan idmançıların Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakı məsələsinin müzakirəsi üçün təşkil edilən dialoqda bir sıra təkliflər səslənib. Belə ki, Şimali Koreya tərəfi Olimpiya Oyunlarına yüksək səviyyəli nümayəndə heyəti və nümunəvi çıxışlar edəcək qrup göndərməyi təklif edib. Koreya Respublikası tərəfi isə hər iki ölkə idmançılarının Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinə vahid komanda şəklində çıxmasını təklif edib. Koreya Respublikasının birləşmə nazirinin müavini Çun He-sunq jurnalistlərə açıqlamasında deyib ki, ölkəsi danışıqlarda 1950-1953-cü illər Koreya müharibəsi nəticəsində bölünmüş ailələrin üzvlərinin qarşıdan gələn ay təqvimi ilə Yeni il bayramında görüşünün təşkilini də təklif edib. Bundan başqa, sərhəd zonada insidentlərin qarşısını almaq üçün iki ölkənin hərbçiləri arasında vaxtaşırı görüşlərin keçirilməsi də təklif olunub. Şimali Koreya tərəfi bəyan edib ki, Pxençan Qış Olimpiya Oyunlarına KXDR-dan olan idmançılar, rəsmi nümayəndə heyəti, nümunəvi çıxışlar üçün incəsənət və taekvondoçular qrupu, habelə jurnalistlər göndəriləcək. Koreya Respublikası hökuməti KXDR rəsmilərinə qarşı sanksiyaları müvəqqəti olaraq dayandıra bilər. Koreya Respublikası Xarici İşlər Nazirliyinin rəsmisi Noh Kyu-duk bildirib ki, bu addım KXDR rəsmilərinin gələn ay Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları üçün Cənubi Koreyaya səfər etmələri ilə bağlıdır. Cənubi Koreyanın tətbiq etdiyi sanksiyalar KXDR-in bəzi rəsmi şəxslərinin Koreya Respublikasına girişini qadağan edir. Bu səbəbdən Koreya Respublikası sanksiyaları müvəqqəti dayandıra biləcəyini bəyan edib. KXDR Sarı dənizdə insidentlərin qarşısını almaq məqsədilə Cənubi Koreya hərbçiləri ilə təcili rabitə xəttini bərpa etməyə razılıq verib. Şimali Koreyanın nümayəndə heyəti hökumətlərarası danışıqlarda bu barədə qarşı tərəfi məlumatlandırıb. Cənubi koreyalı hərbçilər artıq qərb sektorunda KXDR ilə rabitəni yoxlayıb. Bu əlaqə kanalı Koreya yarımadasında kəskin münaqişə fonunda fəaliyyətini dayandırmışdı. Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa ölkəsinin Şimali Koreyanın Pxençanda keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakını yüksək qiymətləndirdiyini bildirib. Mətbuat konfransında bu barədə danışan Y.Suqa qeyd edib ki, Olimpiya və Paralimpiya Oyunları sülhə xidmət edir və Şimali Koreyanın mövqeyini dəyişməsi müsbət qiymətləndirilməlidir.




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Banqladeş rohinca qaçqınlarını iki il ərzində vətənlərinə qaytarmağı planlaşdırır
16.01.2018
“Geosiyasi ayrılıq”: Bundesbank dollardan imtina edib, yuanı seçir
16.01.2018
“Moody`s“: ABB kapital mövqeyini və aktivlərinin keyfiyyətini bərpa edib
16.01.2018
Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə formalaşamasında maraqlıdır
16.01.2018
ABŞ PKK-ya zenit-raket kompleksləri verib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info