Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayı artırılıb
Tarix: 09.01.2018 | Saat: 22:59:00 | E-mail | Çapa göndər
NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun 70 nəfər sülhməramlısı yanvarın 9-da plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini nəzərə alaraq NATO Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında qüvvələrin sayının artırılması ilə bağlı Alyansa üzv olan və tərəfdaş ölkələrə müraciət edib.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 23 noyabr 2017-ci il tarixində NATO-nun Brüssel şəhərindəki mənzil qərargahındakı çıxışı zamanı 2018-ci ildən etibarən Azərbaycan sülhməramlılarının sayının artırılacağı barədə bəyanat verib.



Bu məqsədlə Milli Məclis 29 dekabr 2017-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərara dəyişikliklər edib
Azərbaycan sülhməramlı kontingentin sayının artırılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilib.
Beləliklə, beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə 2018-ci ildən etibarən “Qətiyyətli Dəstək” missiyasının müxtəlif qərargahlarında 6 Azərbaycan zabiti, eləcə də 2 hərbi həkim olmaqla sülhməramlılarımızın sayı ümumilikdə 94-dən 120 nəfərədək artırılıb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Azərbaycan və Fransanın xarici işlər nazirlərinin görüşü olub
16.01.2018
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun iclasında iştirak edib
16.01.2018
“Türkiyə ilə Azərbaycan bu il də böyük layihələr həyata keçirəcəklər”
16.01.2018
Azərbaycan və Bolqarıstanın baş nazirləri ilk birbaşa aviareysin açılışında
15.01.2018
İran hökuməti Azərbaycandan kredit almağa razılıq verib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info