Xaçmazda daha bir avtomobil yolunun tikintisinə başlanılıb
Tarix: 10.01.2018 | Saat: 09:57:00 | E-mail | Çapa göndər
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Xaçmaz rayonunun Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun təmir-tikinti işlərinə start verilib.
Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, yenidən qurulan və 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 29 km təşkil edir. Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə vətəndaşlar tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər.
Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Hazırda tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görüləcək. Ümumilikdə yolun 170 min kvadratmetrdə çox hissəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.
Bundan başqa, yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün suötürücü boruları tikintisi, mövcud olanların isə təmir olunaraq bərpa edilməsi nəzərdə tutulub. Tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu yaşayan vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafı baş tutacaq.




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidi ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib
18.01.2018
Ötən il Azərbaycanda 24 mindən çox insanı it dişləyib
18.01.2018
Gənclər arasında milli-dini dözümlülüyün təbliğinə dair proqramın icrasına start verilib
18.01.2018
Ötən il ictimai iaşə dövriyyəsi 3 faizdən çox artıb
17.01.2018
Əmək hüquqlarına dair növbəti maarifləndirmə seminarı

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8205

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info