Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair Tədbirlər Planı hazırlanıb
Tarix: 10.01.2018 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planı təsdiq edilib.
Sənəd Prezidentin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 5-ci “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” bəndinə uyğun olaraq cari il ərzində respublikanın bütün regionlarında nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq mövzularda seminar və müşavirələrin keçirilməsini nəzərdə tutur. Həmin tədbirlərin keçirilməsini təşkil etmək üçün işçi qrupu yaradılıb.
Seminar və müşavirələr “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi”, “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları”, “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları”, “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları”, “Məcburi əmək və insan alverinin qarşısının alınması”, “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları”, “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar”, “Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları” və s. mövzuları əhatə edəcək.
Həmçinin “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri”, “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları”, “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları” və digər mövzularda da seminar və müşavirələrin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə işlərinin davam etdirilməsi, “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda da cari il ərzində seminar və müşavirələrin təşkili planlaşdırılıb.
Tədbirlər zamanı iştirakçılara aidiyyəti mövzularda maarifləndirici çap məhsullarının paylanması da nəzərdə tutulur.
Tural







 
Bölməyə aid digər xəbərlər
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
06.12.2018
45 nəfər əlilliyi olan şəxs Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb
06.12.2018
278 şəxs güzəştli mənzilə sahib olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info