Penitensiar Tarix Muzeyinin əhəmiyyəti
Tarix: 10.01.2018 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Son illər Azərbaycanda cəza-icra siyasəti sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Penitensiar Xidmətdə çalışan kadrların peşəkarlıqlarının artırılması, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, azadlıqdan məhrum edilmiş şəxslərə göstərilən tibbi xidmətin və psixoloji yardımın yüksəldilməsi, məhkumların hüquq və azadlıqlarının təminatı, onların təhsilə cəlb olunması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi və digər istiqamətlərdə mühüm uğurların əldə edilməsi ilə nəticələnib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıya yeni vəzifələr qoyur.
Öz fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsirləri əsasında quran Penitensiar Xidmətin çətin, lakin şərəfli və zəngin tarixini öyrənmək, həbs olunmuş şəxslərin və məhkumların hüquq və qanuni mənafelərinin qorunması sahəsində müsbət fəaliyyətini indiki və gələcək nəsillərə çatdirmaq, bu sahənin yaxşı ənənələrini qoruyub saxlamaqla varisliyi təmin etmək, kadrların gənc nəslini bu sistemin qabaqcıl ənənələri ruhunda tərbiyə etmək baxımından Penitensiar Tarix Muzeyi mühüm əhəmiyyət kəsb edir.
Ədliyyə nazirinin müvafiq əmri ilə yaradılan muzey neçə illərdir fəaliyyət göstərir. Ən maraqlısı odur ki, bu muzey hər hansı mütəxəssislər tərəfindən deyil, Penitensiar Xidmətin bir qrup əməkdaşı tərəfindən yaradılıb.
Yeddi bölmədən ibarət muzeyin ekspozisiyasına yüzlərlə müxtəlif sənəd, məhkumların hazırladıqları əşya, orden-medal və digər materiallar, eləcə də çoxsaylı fotoşəkillər daxildir.
Muzeyin sahəsinə görə ən böyük olan birinci bölməsi ümummilli lider Heydər Əliyevin mənalı həyatına və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilib. Mərkəzdə Ulu Öndərin abidəsi diqqəti cəlb edir. Zalda Heydər Əliyevin həyatının uşaqlıq, gənclik və sonrakı dövrlərini, o cümlədən dahi şəxsiyyətin respublikaya rəhbərlik etdiyi, dövlət təhlükəsizlik orqanlarında çalışdığı illəri əks etdirən fotoşəkil və sənədlərdən ibarət eksponatlar, ədliyyə sistemi ilə əlaqədar fərman və sərəncamlarının surətləri nümayiş olunur.
Penitensiar Tarix Muzeyinin ikinci bölməsi ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən əsas stenddən, eləcə də Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin rəhbərliyinin müxtəlif tədbir və görüşlərinə dair fotoşəkillərdən ibarətdir. Bu zalda, həmçinin muzeyin fəxri qonaqlarının öz təəssüratlarını qeyd etmələri üçün xatirə kitabı da qoyulub.
Muzeydə diqqəti ən çox cəlb edən bölmələrdən biri də “Tariximizin qan yaddaşı” adlanır. Bu bölmə keçən əsrin 30-cu illərinin repressiyalarından, erməni terrorunun qurbanları olan azərbaycanlı və türk diplomatlardan, 20 Yanvar və Xocalı faciələrindən, Bakı metrosunda törədilən terror aktından, Dağlıq Qarabağ dəhşətlərindən bəhs edən eksponatlardan ibarətdir. Zalın mərkəzində xilaskar türk əsgərinə və Xocalı faciəsinə həsr olunmuş abidə var. Bölmədə türk dünyasının böyük öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün büstləri və onların sitatlarının yazıldığı lövhələr də böyük maraq doğurur.
Penitensiar Xidmətin veteranlarına həsr olunan dördüncü bölmədə vaxtilə bu qurumun rəisi olmuş Sovet İttifaqı Qəhrəmanı, general-mayor Səlahəddin Kazımovun, mühafizə alayının komandiri vəzifəsində xidmət etmiş Nəsib Əliyevin və bu xidmət sahəsinin bir sıra veteranlarının həyat və fəaliyyəti haqqında materiallar, onlara məxsus xüsusi geyim formaları və digər şəxsi əşyalar nümayiş olunur.
Ekspozisiyasının zənginliyinə görə diqqəti cəlb edən digər bölmədə müxtəlif dövrlərdə Penitensiar Xidmətin strukturu, əməkdaşların idman nailiyyətlərini, Mühafizə Alayının, Konvoy Taborunun, müəssisələrin fəaliyyətini əks etdirən yazı və şəkillərdən ibarət stendlər, məhkumların əl işləri olan suvenirlər, müxtəlif dövrlərdə qüvvədə olan əmr və təlimatların nümunələri, ədalət ilahəsinin mərkəzdə yerləşdirilmiş heykəli və s. diqqəti cəlb edir. Zalda Ədliyyə Nazirliyinin futbol komandasının bayrağını, komandanın müxtəlif dövrlərdəki heyətlərinin fotoşəkillərini də görmək mümkündür.
Muzeyin altıncı bölməsi 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə sisteminə dair sənədlərdən, o dövrün pul əsginaslarından, sovet hakimiyyəti illərində cəzaçəkmə sisteminə aid sənəd və şəkillərdən, xüsusi kontingentin geyim forması nümunələrindən, cəzaçəkmə müəssisələrində istehsal olunan əşyaların nümunələrindən, həbsxana kamerasının və cəzaçəkmə müəssisələrinin nəfis şəkildə və dəqiqliklə işlənmiş maketlərindən ibarətdir. Gəncədə inşa olunan qarışıq rejimli cəzaçəkmə müəssisəsinin, Qobustan həbsxanasının maketləri də diqqəti cəlb edir.
Sonuncu - yeddinci bölmə qədim zamanlarda və orta əsrlərdə həyata keçirilən cəza növlərini əks etdirən maketlərdən, Bayıl həbsxanasının yüksək dəqiqliklə işlənmiş maketindən, sovet dövründə və ondan əvvəl Azərbaycanın müxtəlif bölgələrində yerləşən həbsxanaların qalıqlarına dair fotoşəkillərdən ibarətdir.
Bir sözlə, muzey Penitensiar Xidmətin çətin, lakin şərəfli və zəngin tarixini öyrənmək üçün çox əhəmiyyətlidir. Bu baxımdan muzey üçün tarixi əhəmiyyət kəsb edən sənəd və materialların toplanması işi daim davam etdirilir.
Penitensiar Tarix Muzeyinin bu qurumun zəngin irsinin təbliğində önəmi nəzərə alınaraq Penitensiar Xidmətə işə qəbul olunan orta və kiçik rəis heyətinin, tədris mərkəzində kurs keçən müxtəlif xidmət sahələrinin əməkdaşları da tədris proqramı çərçivəsində muzeylə tanış edilirlər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
11.12.2018
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
11.12.2018
Qaradağda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi
11.12.2018
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info