Azərbaycan hərb tarixinə dair yeni kitab çap olunub
Tarix: 10.01.2018 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycan hərb tarixinə dair yeni kitab çap edilib.
Muzeydən “Palitra”ya verilən məlumata görə, Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun müəllifi olduğu kitab “Azərbaycan silahları IX-XVII əsrlərdə: təkamül və inkişaf” adlanır.
538 səhifədən ibarət kitab Azərbaycan hərb tarixinin az məlum olan məqamına - IX – XVII əsr Azərbaycan silahlarına həsr olunub. Elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, rəyçiləri tarix üzrə elmlər doktoru Şahin Fərzəliyev, tarix üzrə elmlər doktoru Nurulla Əliyev, tarix üzrə elmlər doktoru Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktoru Fərəh Hüseyn olan kitabda Vətən tarixşünaslığında ilk dəfə olaraq arxeoloji, muzey, təsviri, yazılı mənbələr əsasında dövrün Azərbaycan silahları təhlil edilir, onların xarakterik xüsusiyyətləri müəyyən olunur.
Tədqiqatın müxtəlif xarakterli mənbələr əsasında aparılması silahların görünüşünü, strukturunu, adlarını müəyyən etməyə imkan verir. Beynəlxalq təsnifat sistemlərinə əsasən Azərbaycan silahlarının təsnifatı tərtib edilir. Kitabda 300-dən artıq fotoşəkil, rəsm, miniatür təsvirləri verilib. Aparılmış elmi araşdırma dövrün Azərbaycan silahlarının təkamül və inkişafını müəyyən etməyə imkan yaradıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb
14.12.2018
Ermənistanda məhkəmə rusiyalı hərbçini həbs etdi
14.12.2018
Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib
13.12.2018
“Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır”
13.12.2018
Qaçqın və məcburi köçkünlərin probleminin həlli hər zaman prioritetdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info