İxracatçı sahibkarlara gömrük bəyannamələrinin doldurulması xidməti göstəriləcək
Tarix: 10.01.2018 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ilk dəfə olaraq ixracatçı sahibkarlar üçün gömrük bəyannamələrinin doldurulması xidməti göstəriləcək. Bu barədə məlumat verən “Bir Pəncərə”nin meneceri Nicat Hacızadə bildirib ki, artıq "Azərterminal-kompleks" Birliyinin əməkdaşı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara kömək məqsədilə gömrük bəyannamələrinin doldurulmasına başlayıb.
Faktiki olaraq gömrük bəyannaməsinin doldurulması üçün həm off-line, həm də on-line imkan yaradılıb. Hazırda gömrük bəyannaməsini həm “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində, həm də on-line qaydada Rəqəmsal Ticarət Qovşağının (https://dth.azexport.az/) üzərindən doldurmaq mümkündür. Belə ki, Rəqəmsal Ticarət Qovşağında vahid ixrac ərizəsi, o cümlədən, gömrük bəyannaməsinin doldurulması on-line qəbul edilir.
N.Hacızadə bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində 5 dövlət qurumu 7 dövlət xidməti (o cümlədən, mənşə, baytarlıq, fitosanitar, keyfiyyət və s. icazələrin verilməsi xidməti) göstərir: “Hazırda Elektron gömrük bəyannamələrinin doldurulmasının da “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilməsi sahibkarların işini xeyli asanlaşdırır. Çünki sahibkarlar vahid məkanda ixracat üçün bütün prosedurları ən qısa bir müddətdə və daha az resurs sərf etməklə əldə edirlər. Faktiki olaraq bu islahat tədbiri Dünya Bankının “Doing Business” komandasının radarına da düşüb. Bir sıra beyəlxalq qurumların nümayəndələri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində məlumat turlarında iştirak edərək fəaliyyətimizi yüksək qiymətləndiriblər. Dünya təcrübəsində bütün ixrac xidmətlərinin bir pəncərədən, həm on-line, həm də off-line göstərilməsi yaxşı nümunə sayılır”.
N.Hacızadə ixracatla məşğul olan sahibkarları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin imkanlarından daha geniş istifadə etməyə çağırıb: “İndiki halda gömrük bəyannamələrinin də “Bir Pəncərə” qaydasında doldurulması sahibkarlarımızın işini xeyli yüngülləşdirib. Faktiki olaraq “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı birlikdə bir ekosistem yaradaraq ixracatın təşviqinə xidmət edir”.
Xatırladaq ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 22 Fevral 2017-cı il tarixli Fərmanı əsasında yaradılıb və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında (Landau küçəsi 16, Bakı şəhəri, http://iqtisadiislahat.org/contact-us) yerləşir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info