“Çölçü”nün rejissoru “Xalı” filmini çəkəcək
Tarix: 10.01.2018 | Saat: 15:07:00 | E-mail | Çapa göndər
“Çölçü” filmi dünyanın bir neçə ölkəsində nümayiş olunub və bir çox mükafatlara layiq görülüb. Film ötən il Kəlküttə Beynəlxalq Cult Film Festivalının “Qızıl tülkü” mükafatını qazanıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Çölçü” filminin rejissoru Şamil Əliyev deyib.
“Texnologiyanın inkişafı qloballaşmanın da sürətini şərtləndirir. Müasir insanın şüuru onun mənəvi dünyasının faciəsinə çevrilməyə başlayır. İnsan sanki bir biokütləyə çevrilməkdədir. Təəssüf ki, min illərlə formalaşmış ümumbəşəri dəyərlər aşınmağa, deqradasiyaya uğramağa başlayır. “Çölçü” filmində də həmin məsələləri ekrana gətirməklə bir sıra suallar qoymağa çalışmışam. Hər bir mükəmməl sənət əsərinin gücü, mənim fikrimcə, düşünmək üçün onun verdiyi mövzuda, ortaya qoyduğu suallardadır. Özümü narahat edən həmin sualları həm də tamaşaçıya ünvanlamışam...
Filmdən daha çox vizual poeziyanı xatırladan “Çölçü”də kompozisiyanın, rejissor və operator işinin, eləcə də montajın inanılmaz sinxronluğu var”,- deyə rejissor bildirib.
Rejissor bildirib ki, janr və üslubun bütövlüyünü, temporitmin ahəngini filmin obrazına tabe etdirməyə çalışmışıq: “Mən öz yaradıcılığımda dünya kinosunun bir sıra dahi kinematoqrafçılarının ekran həyatı verdiyi filmlərdən təsirlənmişəm. Hesab edirəm ki, Azərbaycanda kino həvəskarlarının zövqü heç də dünyanın inkişaf etmiş ölkələrinin tamaşaçı zövqündən geri qalmır. Onun zövqünü oxşamaq üçün də müasir tələblərə cavab verən filmlər çəkilməlidir.
Hər bir film auditoriya üçün çəkilməlidir. Müstəqil film festivalları bu mənada kino sənətinin yenidən attraksiona çevrilməsinin qarşısını almaq, kinonu incəsənətin bir növü kimi qorumaq üçün çox vacib bir meydandır. Kinematoqraf təkcə texnologiyanın təntənəsi yox, fikrin, düşüncənin üstün gəldiyi bir sənət növü olmalıdır. Müstəqil film festivalları həmin meyarları əsas götürməlidirlər”.
Gələcək planlarından danışan rejissor bildirib ki, “Xalı” tammetrajlı bədii filminin ssenarisinin 3-cü variantı artıq hazırdır. Yaxın vaxtlarda film üzərində yaradıcılıq işinə başlanılacaq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
Azərbaycanlı pianoçu ilk dəfə Amstredam Filarmoniyasında çıxış edib
24.04.2018
Məhərrəm Hüseynovun yaradıcılığında təcnislərə daha çox rast gəlirik
24.04.2018
İranda Azərbaycan dilində film çəkilişinə icazə veriləcək
24.04.2018
Qədim yaşayış məskənində tapılmış kömürün yaşı təyin edilib
23.04.2018
Gəncədə salınacaq bulvar müasir tikililəri ilə şəhərin simasını dəyişəcək

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9092

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 İlham Əliyevin andiçmə mərasimi olub
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 “Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib”
5 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info