Keçən il 56 yaşayış məntəqəsi qazlaşdırılıb
Tarix: 10.01.2018 | Saat: 15:25:00 | E-mail | Çapa göndər
2017-ci ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 56 yaşayış məntəqəsinə təbii qaz verilib.
Birlikdən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” tərəfindən ötən ilin yanvar-dekabr ayları ərzində 1886 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 kilometr qaz kəməri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Ağstafa, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Xaçmaz, Şamaxı, Oğuz, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Astara rayonları üzrə 56 yaşayış məntəqəsi təbii qazla təmin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
Təhsil naziri: “İslahatların dərinləşməsi əsas istiqamət olacaq“
25.04.2018
Tahir Mirkişili: “Sənaye məhəllələrində yüksək texnologiyaların tətbiqi regionlarda iqtisadiyyatın inkişafında mühüm rol oynayır”
25.04.2018
Vergiödəyiciləri ilə 75 görüş keçirilib, 10173 ünvanlı xidmət göstərilib
25.04.2018
“Türk Hava Yolları” şirkəti “Troya” tematik təyyarəsini təqdim edib
25.04.2018
Təbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9092

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 İlham Əliyevin andiçmə mərasimi olub
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 “Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib”
5 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info