Bəzi şirin qidaların günlük qəbulu uşaqlar üçün vacibdir
Tarix: 10.01.2018 | Saat: 15:26:00 | E-mail | Çapa göndər
Bir çox şirin qidalar var ki, onların günlük qəbulu nəinki xeyirdir, hətta vacibdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatr-endokrinoloqu Ləman Sultanova bu dəfə uşaqların gündəlik tələbatında onlar üçün vacib xeyirli şəkərlərdən danışıb.
Həkim deyib: “Meyvə-tərəvəz, bal, quru meyvələr - bütün bu təbii məhsulların tərkibində vitaminlər və mikroelementlər var. Meyvə-tərəvəz, giləmeyvə qəbulu immuniteti artırır, orqanizmi gücləndirir. Quru meyvələri uşaqlara 1,5 yaşından etibarən vermək olar. Şəkər əlavə olunmadan qurudulmuş təbii meyvələrdə çox miqdarda kalium, kalsium, dəmir və pektin var. Balın faydası hamıya məlumdur. İmmuniteti artırır, beyni qidalandırır və mədə-bağırsaq sisteminin fəaliyyətini normaya salır. Bundan əlavə, bal sümük sistemini möhkəmlədir və hemoqlobini artırır. Bütün bunlarla yanaşı unutmaq olmaz ki, bal, eyni zamanda, hipoallergen təsirə də malikdir. Balı uşaqlara yaşlarından asılı olaraq vermək daha məqsədəuyğundur. Bir yaşdan yuxarı körpələrə isə bal az miqdarda verilməlidir.
Çox vaxt uşağın həyatının ilk ilindən etibarən valideynlər onlara gün ərzində şirin su və ya çay verirlər. Bu qətiyyən düzgün deyil. Südəmər uşaqların rasionunda olan ana südü və əlavə qidalar (meyvə, tərəvəz, sıyıqlar) onların günlük karbohidrat tələbatını tam ödəyir. Şirin suyun əvəzinə adi su verilməsi daha düzgündür.
Ümumiyyətlə şirin qidalar uşaqlara yalnız yeməkdən sonra, tələb olunan miqdarda verilməlidir.
Onu da qeyd edim ki, analar çox diqqətli olmalı və uşaqların düzgün qida vərdişlərini körpəlikdən formalaşdırmalıdırlar”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
“WhatsApp”dan istifadəyə görə yaş məhdudiyyəti tətbiq edilir
25.04.2018
Yumurtanın orqanizmə müsbət təsiri var
25.04.2018
Damarlar üçün ən faydalı 5 məhsul təyin olunub
24.04.2018
17 metr hündürlüyündə qar divarlar arasında marşrut açılıb
24.04.2018
Messinin illik gəliri 126 milyondur

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info