Müasir kosmetologiyanın hazırlanmasında mumdan geniş istifadə edilir
Tarix: 10.01.2018 | Saat: 15:27:00 | E-mail | Çapa göndər
Mum çox qədimdən məlum olan və işçi arıların hazırladığı bərk dənəvər arı məhsuludur. Arının çənə və yuxarı qarıncığında səkkiz xüsusi mum vəzisi yerləşir və ifraz etdiyi mum havanın təsirindən bərkiyərək yarımşəffaf lövhəciklərə çevrilir. Ondan tikinti materialı kimi istifadə edən işçi arılar şanı yığmaq, ana və erkək arılar isə sürfə çıxarmaq, nəsil artırmaq üçün üskükvari yuvalar düzəldirlər.
AZƏRTAC məlumat verən ki, arılar dolmuş bal yuvacıqlarını – pətəyi mumla suvayırlar. Pətəklərin içərisindəki yuvacıqlar hər tərəfdən altıbucaqlı mum arakəsmələrlə əhatələnir və arı şanının divarını təşkil edir. 43,5x30 santimetr ölçüdə olan çərçivədə 4 kiloqrama qədər yetişmiş bal olur. Riyaziyyatçılar hesablayıblar ki, ən az mum işlətməklə ən çox bal yuvacığı hazırlayıb çoxlu bal götürmək yalnız altıbucaq formalı şan düzəltməklə mümkündür. Arılar çərçivəni ayrı-ayrı küncündən toxuyaraq onları bir-birinə elə birləşdirir ki, 1 millimetr belə işlənməmiş sahə qalmır, çünki pətək kompüter dəqiqliyi ilə hörülür.
Bir kiloqram mum istehsal etmək üçün arılar 3,5 kiloqram bal və çiçək tozundan istifadə edirlər. Ən güclü arı ailəsi bir məhsul mövsümündə 2 kiloqrama qədər mum istehsal edə bilər.
Mumun kimyəvi tərkibi çox mürəkkəbdir, onun tərkibində 300-dən çox maddə, o cümlədən 70-75 faiz mürəkkəb efirlər, sərbəst yağ turşuları, karbohidratlar, mineral maddələr və vitaminlər var. Onun ərimə temperaturu 62-68 dərəcə selsidir.
Müasir kosmetologiya və farmakologiyada müxtəlif krem, məlhəm, emulsiya və şamların hazırlanmasında mumdan geniş istifadə edilir. Parfümeriya zavodlarında mumdan alınan efir yağı keyfiyyətinə görə gül və jasmin efirindən geri qalmır və daha ucuz başa gəlir. Krem, dodaq boyaları, göz qələmləri, ənlik və dezodorantların istehsalında mumdan geniş istifadə olunur. Bəzi kosmetoloji maskaların tərkibində də mum olur. Mum elektrotexnika, poliqrafiya, ağac emalı, toxuculuq və şüşə sənayesində də qiymətli xammal hesab edilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
“WhatsApp”dan istifadəyə görə yaş məhdudiyyəti tətbiq edilir
25.04.2018
Yumurtanın orqanizmə müsbət təsiri var
25.04.2018
Damarlar üçün ən faydalı 5 məhsul təyin olunub
24.04.2018
17 metr hündürlüyündə qar divarlar arasında marşrut açılıb
24.04.2018
Messinin illik gəliri 126 milyondur

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info