Hindistanda 40 nəfərdən çox insan həyatını itirib
Tarix: 10.01.2018 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Hindistanın şimalında yerləşən və 200 milyona yaxın əhalinin yaşadığı Uttar-Pradeş ştatında anomal soyuqlar səbəbindən son sutka ərzində 40-dan çox insan həyatını itirib.
AZƏRTAC xəbər verir ki, IANS agentliyinin yaydığı məlumata görə, son həftə ərzində bu ştatda rekord soyuqlar müşahidə olunur. Bəzi rayonlarda havanın hərarəti 2,9-7,5 dərəcə arasında dəyişir. Ölkədə mərkəzi istilik sisteminin olmaması vəziyyəti daha da mürəkkəbləşdirir. Ümumilikdə isə yanvarın 5-dən bəri soyuqdan 143 nəfərin öldüyü bildirilir.
Hava cəbhələrinin toqquşması və yüksək rütubət ştatda dəmiryol hərəkətinin ciddi pozulması ilə nəticələnən qatı dumana səbəb olub. Bir çox yerlərdə görmə məsafəsinin 15-20 metrədək azalması onlarla qatar reysinin ləğvi və ləngiməsi ilə nəticələnib. Məktəblərdə dərslər dayandırılıb.
Meteoroloqlar soyuq hava şəraitinin daha iki gün davam edəcəyini bildirirlər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Yunanıstan müxalifəti Tsipras hökumətinı istefaya göndərə bilməyib
15.06.2018
Rusiya ABŞ Donanmasını “batırmaqla“ təhdid edir
14.06.2018
Türkiyə-Rusiya-ABŞ üçbucağı: S-400-ə qarşı F-35
14.06.2018
Ərdoğan: “TANAP-ın açılışı Türkiyəni regionda daha güclü dövlətə çevirəcək”
14.06.2018
Tomris Azəri: “Hər bir azərbaycanlı dövləti ilə fəxr edir”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9418

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info