BANM-in tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı
Tarix: 10.01.2018 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi, BANM Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zaur Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən təşkil olunan X qrant müsabiqəsində “Biokütlədən sənaye məhsullarının istehsalı” adlı layihə ilə iştirak edərək qaliblərdən biri olub və maddi mükafatlandırmaya layiq görülüb. Gənclər Fondunun maddi və BANM-ın təşkilati dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin qeyri-neft sektoruna olan marağının artırılması və bərpa olunan enerji mənbələrindən biri olan biokütlə haqda məlumatlandırılmaqla onların diqqətinin bu sahəyə cəlb edilməsi olub.
BANM-ın tələbəsinin layihəsində ölkənin 10 universitetindən əsasən ekologiya və mühəndislik üzrə təhsil alan 60-a yaxın tələbə iştirak edib. 4 gün ərzində tələbələrə biokütlənin müxtəlif növləri, onun iqtisadiyyatda və energetikada tətbiqinin əhəmiyyəti, həmçinin müasir istehsalatın ətraf mühitə vurduğu zərərlər haqqında təlimlər və praktik dərslər keçirilib. Tələbələr üçün təşkil olunan təlimlər sahənin təcrübəli mütəxəssisləri - SOCAR-da texniki istehsalat şöbəsinin mühəndisi Pərvanə Babayeva və Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Sosial və ətraf mühitin təhlükəsizliyi üzrə mütəxəssis Könül Mirislamlı tərəfindən aparılıb.
Layihənin iştirakçıları praktik dərslər zamanı hər biri 6 nəfərdən ibarət 8 komandaya bölünüb, indiyədək əldə etdikləri bilik və təcrübələrini tətbiq edərək aktual ekoloji problemlərin həlli üzərində çalışıblar. Sonda ən yaxşı praktik həllər hazırlamış ən aktiv komandalar və tələbələr layihədə uğurlu iştiraklarına görə biokütlə və onun əhəmiyyəti haqda biliyini təsdiq edən sertifikatlar və həmçinin kitablarla təltif olunublar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
AQTA jurnalistlər üçün təlimləri davam etdirir
19.12.2018
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
19.12.2018
“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” şüarı altında növbəti qış yürüşü
19.12.2018
Yeni qaydalar neqativ halların qarşısını alacaq
19.12.2018
Korrupsiya ilə əlaqədar 100-dən çox gömrük əməkdaşı işdən azad edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info