Qarsda Sarıqamış şəhidləri anılıb
Tarix: 10.01.2018 | Saat: 17:28:00 | E-mail | Çapa göndər
Qarsda keçirilən Sarıqamış şəhidlərini anma mərasimində iştirak edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov Qars meri Rahmi Doğanla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Qars meri anma mərasimində iştirakına görə azərbaycanlılara təşəkkürünü bildirərək Azərbaycan və Türkiyə arasında tarixi dostluq əlaqələrinin güclənməsində dövlət başçıları səviyyəsində atılan addımlarla birlikdə qeyri-hökumət təşkilatlarının fəallığının əhəmiyyətini qeyd edib.
Fazil Qasımov Qars merinə İctimai Birliyin fəaliyyəti haqqında ətraflı məlumat verib. Tarixi İpək yolunun yenidən canlandırılmasının Türkiyənin şərq əyalətləri, o cümlədən Qars ilə Azərbaycan şəhər və rayonları arasında mədəni, iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcəyini vurğulayıb. Mədəniyyət ocağının aşıqlar, ozanlar yurdu Qarsda mədəni tədbirlər keçirmək planları barədə danışan birliyin nümayəndəsi Qars Qafqaz Universiteti və Qarsın Azərbaycan icmasını təmsil edən QHT-lərlə əməkdaşlıq perspektivlərini müzakirə edib. Görüşdə, İctimai Birliyin dəstəyi ilə Qars Qafqaz Universitetində UNESCO kürsüsünün qurulması təklif olunub.
Sonra Rahmi Doğana Aşıq Şəmşirin Türkiyədə nəşr olunan şeirlər məcmuəsi və portreti hədiyyə edilib.
Xatırladaq ki, 103 il əvvəl Birinci Dünya müharibəsinin Qafqaz cəbhəsində gedən döyüşlərdə Osmanlı ordusunun 90 minə yaxın əsgəri faciəli şəkildə donaraq can verib. Hər il Sarıqamış şəhidlərinin xatirəsinə Türkiyədə dövlət səviyyəsində silsilə tədbirlər keçirilir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.01.2018
20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edilib
19.01.2018
Moldovada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
19.01.2018
Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Yekaterinburqda da yad olunub
19.01.2018
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
19.01.2018
Xocalı soyqırımı şahidinin ABŞ mediasında məqaləsi dərc edilib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8211

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info