Qıcqırma xərçəng törədir
Tarix: 10.01.2018 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Həkimlər adi qıcqırma nəticəsində həzm traktının yuxarı şöbələri və yuxarı tənəffüs yolları xərçəngi xəstəliklərinin inkişaf riskləri barədə xəbərdarlıq edirlər. Qıcqırma adətən mədə şirəsi substansiyasının qida borusuna sızması nəticəsində yaranır.
AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, prosesin tezliyi həzm traktının aşağı şöbələrində ezofaqit deyilən iltihab reaksiyası doğura bilər. Əslində, patologiyanın özü təhlükəli deyildir və erkən dövrdə aşkar ediləndə müalicə olunur. Amma vaxtında müdaxilə edilməyəndə ağır fəsadlar yaradır.
ABŞ-da çıxan “JAMA Otolaryngology Head and Neck Surgery” nəşri Oçsner Tibb Mərkəzinin elmi əməkdaşlarının tədqiqat işinin nəticələrini açıqlayıb. Mərkəzin əməkdaşları bu qənaətə gəliblər ki, müntəzəm qıcqırma qida borusunun stenozu, qida borusu divarının deşilməsi, həzm traktı, burun-udlaq, yuxarı tənəffüs yolları xərçəngi xəstəliklərinin yaranması şəklində fəsadlar yaradır. Mütəxəssislər qıcqırmanın onkoloji proseslərlə mümkün qarşılıqlı əlaqəsini üzə çıxarmaq üçün 28 mindən çox ahıl pasiyentin tibbi göstəricilərini təhlil ediblər. Məlum olub ki, onların 13.805 min nəfəri yuxarı tənəffüs yollarını və həzm traktının yuxarı şöbələrini zədələyən onkoloji xarakterli patologiyalardan əziyyət çəkir. Alimlər müntəzəm qıcqırma tutmaları olan pasiyentlərin sayını müəyyənləşdirdikdən sonra bu qənaətə gəliblər ki, qıcqırmadan əziyyət çəkənlərdə qırtlaq onkologiyası 3 dəfə, burun-udlaq onkologiyası 2,5 dəfə, badamcıqların xərçəngi 2 dəfə, burunətrafı əlavə ciblərin onkologiyası 2 dəfə çox diaqnozlaşdırılıb. Onkoloji xəstəliklərin ənənəvi statistikasına görə, həzm traktının yuxarı şöbələrinin və yuxarı tənəffüs yollarının onkologiyasına tutulma hallarının 360 mini ölümlə nəticələnir. Həkimlər qıcqırmanın müntəzəmliyinin onkoloji xəstəliklərin inkişafı ilə həqiqi əlaqəsini hələlik müəyyən etməyiblər. Ola bilsin, onkoloji vəziyyətdən qabaq müşahidə olunan qida borusunun selikli qişası hüceyrələrinin displaziyası həzm şirəsinin tərkibində duz turşusunun müntəzəm təsiri ilə yaranır. Bundan əlavə, tədqiqatçılar hamı tərəfindən qəbul edilmiş onkogenlər olan siqaretin və alkoqolun təsirini nəzərə almayıblar. Asılılıq yaranması mexanizmlərinin müəyyən olunması bütün mümkün təsirlər nəzərə alınmaqla, ətraflı tədqiqatların aparılmasını tələb edir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.06.2018
Süni intellekt divar içərisindən insanları müəyyənləşdirəcək
13.06.2018
Zərərli məzmunu bloklamaq mümkün olacaq
13.06.2018
İdman təzyiq və diabet kimi xəstəliklərin yaranmasının qarşısını alır
10.06.2018
Dünya çempionatına traktorla
08.06.2018
İlansancma zamanı ilk tibbi yardım

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9426

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
3 Nə Vətən məndən doydu, nə mən Vətəndən…
4 Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
5 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info