2018-ci il Ermənistan üçün uğursuz başlayıb
Tarix: 10.01.2018 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


“Vergi yükünün artımı, təbii ki, Ermənistanda qiymətlərin artması ilə yanaşı, çox ciddi bir ictimai böhrana səbəb ola bilər”. “Tert.am” saytına danışan "Elk" fraksiyasının katibi Gevorg Qorqisyan ermə-niləri küçələrə çıxıb, bütün bunlara qarşı mübarizə aparmağa çağırır.
“Bununla yanaşı, əhalinin orta sinfini təmsil edənlərin əmək haqqının azaldılması gözlənilir. Təsəvvür edin, bu ildən 150 min dramdan çox alan şəxslərin gəlir vergisi əvvəlki kimi, 26 min deyil, 28 minə qaldırılacaq. Bundan əlavə, Gömrük Məcəlləsindən irəli gələn öhdəliklər, müəyyən malların gömrük qiymətlərini də artıracaq”-deyə erməni deputat bildirib.
Maraqlıdır ki, Ermənistandakı qiymət artımına Ermənistan mərkəzi bankının sabiq rəhbəri Baqrat Asatryanın mövqeyi fərqlidir. Onun fikrincə, ölkədə yanvarın 1-dən başlayan qiymət artımı, sadəcə olaraq, spekulyativdir və aksiz dərəcələrinin dəyişməsi ilə heç bir əlaqəsi yoxdur. Sabiq bankir bu fikirləri “Jamanak” nəşrinə danışarkən bildirib: “Bizim bazarımız aksiz dərəcələrini artırmaq üçün əvvəlcədən hazırlıq görmüşdü. Onlar, razılaşdıqları kimi, yanvarın əvvəlindən etibarən mal qiymətlərini qaldırmağa başdayıblar. Mən əminlikdə deyə bilərəm ki, bu ilin əvvəlindən bəri Ermənistana yalnız bir neçə litr benzin idxal edilib və bu halda heç bir aksiz dərəcəsi işlədilməyib“
“Ermənistanda dizel yanacağının qiymətinin artması kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına səbəb ola bilər”. Bu fikirləri isə Ermənistanın kənd təsərrüfatı nazirinin müavini Aşot Arutyunyan “News.am“ saytına bildirib. Onun sözlərinə görə, hazırda Kənd Təsərrüfatı Nazirliyi dizel yanacağındakı qiymət artımının təsirini azaltmaq üçün atacağı addımları müzakirə edir.
Qeyd edək ki, maraqlı nüans yaranır. Məlumdur ki, Ermənistana istər dizel yanacağı, istərsə də təbii qaz daha çox Rusiyadan ixrac olunur. Lakin ekspert kimi təqdim edilən Ruben Meqrabyan “1in.am” saytına verdiyi müsahibədə Ermənistanda öz nümayəndəliyini açan Rusiyanın “Qazprom” və 2Rosneft” şirkətlərini mütəşəkkil cinayətkar qrup kimi təqdim edərək onlardan qurtulmağın vaxtı çatdığını bildirir: “Bəli, Ermənistanın bu iki qanqster təşkilatdan ayrılmaq vaxtı çatıb. Ermənistanın dekriminallaşdırılması bu addımdan başlayacaq. Bəli, Ermənistan bu iki infeksiyon mərkəzlə əlaqələrini kəsilməlidir”. Maraqlıdır, Rusiyanın hesabına Qafqazda dövlət quran, onun yanacağı, yardımı hesabına yaşayan ermənilər niyə birdən -birə antirus mövqe tutmağa başlayıblar? Səbəb odur ki, artıq ermənilər Avropa ilə yaxınlaşmağa başlayıblar. Tarix təkrar olunur. Bir vaxtlar çörəyini yedikləri Osmanl dövlətinə, sonra da Azərbaycana beləcə xəyanət etmişdilər. Təsadüfi deyil ki, ruslar indi Ermənistanı “gəzəyən qadın” adlandırırlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“1in.am”: “Paşinyan Brüssel səfərindən xeyli narazı qayıdıb”
15.07.2018
Kays Minasyan: “Ruslarla daha sərt danışmalıyıq”
14.07.2018
Bütün ermənilərin Katolikosu təhlükədədir?
13.07.2018
Paşinyan: «Avropanın Ermənistanla bağlı mövqeyi aydın deyil»
12.07.2018
Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9628

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info