İnformasiya təhlükəsizliyinin təmin olunması, yoxsa...
Tarix: 10.01.2018 | Saat: 20:10:00 | E-mail | Çapa göndər
Moldovada Rusiya kanallarının xəbərlər və analitik-informasiya proqramlarının yayımının qadağan edilməsi ilə bağlı qanun təsdiqləndi

Hər bir ölkə üçün informasiya məkanının təhlükəsizliyinin təmin olunması son dərəcə vacib məsələdir. İnformasiya təhlükəsizliyi suveren dövlətin təhlükəsizlik sahəsində ən mühüm sahələrindən birinə çevrilib. İnformasiya texnologiyalarının sürətli inkişafı dövlətlərin informasiya məkanını açıq təhdid sahəsinə çevirib. Yaxın Şərq və digər dövlətlərdə baş verən proseslər informasiyadan dövlətlərin daxili işlərinə qarışmaq, sabitliyi pozmaq üçün necə istifadə edildiyini göstərdi.
Bu sahədə sosial şəbəkələr xüsusi yer tutur. Yalan informasiyanın dövriyyəyə buraxılması ilə ictimai fikrin manipulyasiya edilməsi praktikasından geniş istifadə edilir. Ona görə də informasiya məkanının qorunması dövlət üçün siyasi-iqtisadi-hərbi təhlükəsizliyin təmin olunması qədər vacibdir. Azərbaycanla bağlı xarici KİV orqanlarında saxta məlumatların yayılması, sonra isə həmin məlumatın ölkə daxilinə transfer edilməsinə olunan cəhdlərin dəfələrlə şahidi olmuşuq. Məqsəd ölkə haqqında saxta imic formalaşdırmaq və müəyyən təzyiqlər etmək olub. Bu baxımdan informasiya məkanının qorunması indi hər zaman olduğundan daha aktualdır.

İnformasiya məkanının qorunması dövlət üçün siyasi-iqtisadi-hərbi təhlükəsizliyin təmin olunması qədər vacibdir

Moldovada Rusiya kanallarının xəbərlər və analitik-informasiya proqramlarının yayımının qadağan edilməsini də bu kontekstdə dəyərləndirənlər var. Bəzi ekspertlər bunu ölkənin informasiya təhlükəsizliyinin qorunması kimi izah edirlər. Amma əksini düsünənlər də var. Hesab olunur ki, bu, Qərbin postsovet məkanında Rusiyaya qarşı informasiya savaşının müəyyən bir hissəsidir. Azərbaycanın da daxil olduğu MDB məkanında gedən bu proses bizim üçün də maraqlıdır. Xatırladaq ki, Moldova dövlət başçısı İqor Dodon parlamentin qəbul etdiyi bu qanunu rədd etsə də, Konstitusiya Məhkəməsi onun bu qanunu imzalama səlahiyyətini parlamentin spikeri və ya baş nazirə verib. Dünən Moldova parlamentinin spikeri həmin qanunu imzalayıb. Bundan sonra Rusiyanın xəbərlər və analitik-informasiya proqramları Moldova ərazisində yayımlanmayacaq. Konstitusiya Məhkəməsinin prezidentin səlahiyyətinin baş nazir və ya parlament spikerinə verməsi artıq üçüncü dəfədir təkrarlanır. Bundan əvvəl ötən ilin sonunda parlamentin spikeri prezidentin əvəzinə müdafiə naziri, bu ilin əvvəlində isə xarici işlər naziri də daxil olmaqla hökumətin 6 yeni üzvünü təyin edib. Moldova dövlət başçısı həmin şəxslərin təyinatına qarşı olub. Moldova dövlət başçısı hesab edir ki, belə bir qanunun qəbul edilməsinin informasiya təhlükəsizliyinə heç bir dəxli yoxdur. Əksinə, qanun vətəndaşların informasiya əldə etmək hüququnu pozur. Bəzi ekspertlər bu qanunun ölkənin informasiya blokadasına alınması kimi izah edir. Onu da xatırladaq ki, prezident Dodon Rusiyayönümlü, parlament spikeri və baş nazir isə Qərbyönümlü siyasət həyata keçirir. Bəs, bundan sonra nə olacaq? Politoloq Qriqori Dobromelov “RİA Novosti”yə açıqlamasında bildirib ki, bu qanun Moldovada Rusiyayönümlü əhvali-ruhiyyəni artıracaq. Ekspert bildirib ki, Rusiya kanallarının Moldova informasiya məkanındakı payı o qədər də böyük olmayıb. Belə ki, Rumıniya və Avropa kanallarının Moldova informasiya məkanındakı payı 55 faiz olduğu halda, Rusiya kanallarını payı cəmi 15 faiz təşkil edib: “Rusiya kanallarının auditoriyası 15 faiz olub və bu o qədər də böyük rəqəm deyil. Bununla yanaşı, Rusiya ilə yaxınlaşmanın tərəfdarları təxminən 50 faiz təşkil edir. Amma orada Rusiya ilə hər hansı yaxınlaşma cəhdinin bloklanması Rusiyaya simpatiyanı bir qədər də artırır. Ona görə də hesab edirəm ki, kanalların qadağan edilməsi də əks effekt verəcək. Moldova siyasilərinin bu addımı piar-aksiyadır və ölkədə siyasi qüvvələr bölgüsünə ciddi təsir etməyəcək. Rusiya Moldovada olanları yaxşı bildiyindən Moldova, Rumıniya və Avropa KİV-i ilə birbaşa kommunikasıya yaradıb və həmin mənbələrdən də informasiya verilməsi təmin edilir. Ona görə də ciddi problem olacağını düşünmürəm”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Banqladeş rohinca qaçqınlarını iki il ərzində vətənlərinə qaytarmağı planlaşdırır
16.01.2018
“Geosiyasi ayrılıq”: Bundesbank dollardan imtina edib, yuanı seçir
16.01.2018
“Moody`s“: ABB kapital mövqeyini və aktivlərinin keyfiyyətini bərpa edib
16.01.2018
Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə formalaşamasında maraqlıdır
16.01.2018
ABŞ PKK-ya zenit-raket kompleksləri verib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info