Daha bir futbolçu “Qarabağ“ı tərk edir
Tarix: 10.01.2018 | Saat: 20:46:00 | E-mail | Çapa göndər
“Qarabağ” Dino Ndlovudan sonra daha bir futbolçusu ilə yollarını ayıra bilər. İsveç mətbuatının məlumatına görə, yarımmüdafiəçi Tarik Elyunussi karyerasını bu ölkədə davam etdirməyə yaxındı.
Mövsümün əvvəlində “Olimpiakos”dan icarəyə götürülən və ümidləri doğrultmayan Norveç millisinin üzvü AİK klubunun maraq dairəsindədi. Yeni mövsüm öncəsi heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran Stokholm təmsilçisinin transfer hədəfindəki bir nömrəli futbolçu məhz Elyunussidi.
İsveç mətbuatı əsas heyətə düşə bilmədiyi üçün “Qarabağ”ın onunla yollarını ayırmağa hazır olduğunu vurğulayıb. Lakin bu məsələdə əsas söz sahibi futbolçunun müqavilə ilə məxsus olduğu “Olimpiakos” klubudu. AİK 30 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək niyyətindədi. İsveçlilər onu həm yarımmüdafiə, həm də hücum xəttində oynatmağı planlaşdırırlar. Bu məqsədlə yunanlarla danışıqlara artıq start verilib.
Qeyd edək ki, Tarik Elyunussi cari mövsümdə “Qarabağ”ın heyətində 8 oyunda (4 çempionat, 1 kuboku, 3 Çempionlar Liqası) meydana çıxıb.




 
Bölməyə aid digər xəbərlər
20.01.2018
“Qışda forvard almayacağıq“
20.01.2018
“Çelsi“də ciddi itki
20.01.2018
«Barselona» Qrzimanın 7 nömrəsini saxladı
19.01.2018
Dadaşov Almaniyanın 4 klubunun transfer hədəfində
19.01.2018
Qoretska Bavariya ilə 4 illik müqavilə imzaladı

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8220

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info